Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Xəbər verilir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Qarabağdakı sülhməramlı missiyanın gedişini, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Görüşdə Muradovu kimin əvəz edəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, may ayında Aleksey Avdeyevin rus sülhməramlılarının yeni komandanı ola biləcəyi barədə xəbərlər yayılmışdı.
Akif İsmayılov