Xocavənd rayonunun Hadrut qəsəbəsində bu yaşayış məntəqəsi uğrunda döyüşlərdə şəhid olmuş üç hərbçimizin xatirəsinə berelyef asılıb.
xebernur.com-nun məlumatına görə, barelyef Hadrutdakı Şişqaya deyilən yüksəklikdə yerləşdirilib.
Baralyefdə üç hərbçimizin adı yazılıb - Səid Rəşidzadə, Telman Allahyarlı, Şəhriyar Abdullayev.
Onların hər üçü 2020-ci il oktyabrın 11-də Hadrutdakı Şişqaya yüksəkliyi uğrunda döyüşdə şəhid olublar.
Barelyefin asılmasında şəhid ataları da iştirak ediblər.
Xatırladaq ki, Hadrut qəsəbəsi ötən il oktyabrın 9-da düşməndən azad edilib. Hadrut ətrafındakı kəndlər və yüksəkliklərin azad edilməsi isə oktyabrın sonlarınadək davam edib.