• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

86 gün sonra nəşi tapılan şəhidin SON SÖZÜ: “Polad Həşimovdan artığam?”

Gündəm

10-12-2021, 11:15

86 gün sonra nəşi tapılan şəhidin SON SÖZÜ: “Polad Həşimovdan artığam?” “Sentyabr balamın son ayı və tarixi oldu. İndi Niyət uca zirvədədir. Amma o zirvənin itkisi elə ağırdır ki, sözlə ifadə etmək olmur. Arzusu qızını gəlin köçürmək idi. Döyüşə gedəndə balalarını gətirib mənə təhvil verdi. Elə qızının 2 yaşı tamam olan gün öz canını ona hədiyyə etdi”.

Bu sözləri Bizim.Media-ya 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanımız , “N” saylı hərbi hissənin qərargah rəisi, şəhid kapitan Niyət İmran oğlu Şirəliyevin anası Gültəkin Şirəliyeva qeyd edib.

Oğlunun anım günü yaxınlaşdıqca, dərdi təzələnir Gültəkin ananın...

“İlahi müharibəyə gedəndə o qədər sevinirdi ki, elə bil döyüşə yox, toya gedirdi. Atası, qardaşları ilə də telefonda danışanda sevincini gizlətmirdi. Son gedişində arxaya dönüb bir neçə dəfə bizə baxdı. Atası “özündən muğayat ol” deyəndə, “məgər komandirim Polad Həşimovdan artığam?”, - deyə cavab verdi. Sentyabrın 28-də şəhid xəbərini eşitdik. Döyüş yoldaşlarının dediyinə görə Kəlbəcərdə düşmənin iki postunu azad edəndə özünü irəli atdı. Digər hərbçiləri isə arxasınca getməyə qoymayıb. Üçüncüyə hücum edəndə isə şəhid olub. Amma nəşi 86 gündən sonra gətirildi və ötən il dekabrın 21-də torpağa tapşırıldı. Neytral zonada olduğu üçün götürmək mümkün olmurdu”.

86 gün yol gözləyən ana...

Ananın sözlərinə görə oğlunun şəhid xəbərini eşidəndə, inanmayıb 86 gün onun sağ qayıdacağına ümid edib:


“O günləri mən ümidlə yaşadım. Elə bilirdim oğlum yaralanıb və haradasa müalicə olunur, sağalıb qayıdacaq. Niyət aprel, iyun döyüşlərində də iştirak etmişdi. Onun şəhid olacağına inanmırdım, çünki kifayət qədər təcrübəli idi. 4 oğlum, 1 qızım var. Üç oğlum müharibədə olub. Şəhid olan isə böyük oğlumdur. İlk dəfə kəndimizdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə mənim oğlum qəbul olmuşdu. 14 il hərbçi kimi işlədi. Elə həvəslə də şəhidliyinə imza atdı”.

Vətən sevgisi...

Niyət İmran oğlu Şirəliyev 1990-il fevral ayının 9-da Şamaxı rayon Ovculu kəndində anadan olub. Məktəb illərində çox sakit, tərbiyəli, nümunəvi, vətənpərvər şagird kimi həm sinif yoldaşlarının həm də müəllimlərin hörmətini qazanıb. 2007-ci ildə orta məktəbi bitirəndən sonra onda olan vətən sevgisi Niyətin həyatını hərbi akademiyaya qədər aparıb. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2011-ci ildə hərbi akademiyanı bitirən Niyət leytenant rütbəsi alıb və zabit olaraq Müdafiə Nazirliyinin Təlim- tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırıb. 2012 -ci ildən etibarən müdafiə nazirliyinin Fizuli rayonunda yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayıb. 24 iyun 2014-cü ildə ona baş leytenant hərbi rütbəsi verilib.

2018-ci il iyun ayının 25-i isə müdafiə nazirliyinin müvafiq əmri ilə növbəti Kapitan hərbi rütbəsini alıb.

Polad Həşimov şəhid olanda Kapitan Şirəliyev çox üzülüb. 2020-ci ilin sentyabr ayının 27-si Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdagda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında şəhid olub. Niyət Şirəliyev ölümündən sonra ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına" görə medalları, eləcə də "Rəşadət" ordeni ilə təltif edilib.

Şəhidimiz Şamaxı rayonu Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, dekabrın 21-də şəhidimizin anım günü keçiriləcək.

Alçina Amilqızı, Bizim.Media86 gün sonra nəşi tapılan şəhidin SON SÖZÜ: “Polad Həşimovdan artığam?”

Oxunub: 580
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-10-2021, 16:55

YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.

Cəmiyyət

7-10-2021, 16:35

YAP Səbail rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olan iki şəhidin ailəsinə baş çəkib.

Gündəm

18-07-2021, 11:37

Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib.

Gündəm

14-07-2021, 14:37

Qənirə Paşayeva Polad Həşimovun anası ilə görüşdü

Cəmiyyət

6-12-2020, 15:20

Üç güllə yarası ilə Şuşada döyüşən şəhidimiz

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • Bugün, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • Bugün, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • Bugün, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • Bugün, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • Bugün, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • Bugün, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • Bugün, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Bugün, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • Bugün, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • Bugün, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • Bugün, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • Bugün, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • Bugün, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • Bugün, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • Bugün, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Bugün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Bugün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Bugün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Bugün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Bugün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Bugün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Bugün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • Dün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Dün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Dün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Dün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Dün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Dün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Dün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Dün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Dün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Dün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Dün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə