İyunun 10-da Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təsdiq olunmuş qrafikə əsasən şəhərin 18-ci mikrorayon ərazisində səyyar qəbul keçirib.
Səyyar qəbulda aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Vətəndaşların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.