• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vaxt bitir...

Gündəm

25-08-2022, 11:22

Vaxt bitir...
Sülhməramlılar və ermənilər Laçın şəhərini tərk edirlər

Pərviz SADAYOĞLU

Ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndini boşaltması üçün verilən vaxt başa çatmaqdadır. Laçın dəhlizinə alternativ yolu cəmisi ilyarıma hazır edən Azərbaycan tərəfi Ermənistanı 10 noyabr birgə Bəyanatının icrasına məcbur edir. Avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, orada yaşayan ermənilər dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna qədər vaxt verilsin: “Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır”.

Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. Yayılan xəbərə görə, artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan rusiyalı sülhməramlılar müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Xəbərdə o da vurğulanır ki, ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir. Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.

Azərbaycan tərəfinin sülh istiqamətində təşəbbüsləri dəstəklənir

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış birgə Bəyanatın bütün maddələrinin icrasının tərəfdarı kimi çıxış edir. Bu xüsusda üçtərəfli Bəyanatın 6-cı maddəsinin icrası hal-hazırda həyata keçirilir: “Laçın dəhlizinə alternativ yolun inşası başa çatıb. Yaxın gələcəkdə Rusiya sülhməramlıları müvəqqəti olaraq alternativ yola keçəcəklər. Eyni zamanda, Laçın şəhərinin mərkəzi, Zabux və Sus kəndləri də ermənilər tərəfindən boşaldılır və Azərbaycan bu ərazilərə nəzarəti bərqərar edəcək. Bu onu göstərir ki, Azərbaycan siyasi iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirir. Regionda sülhün və təhlükəsizliyin, eləcə də sabitliyin tərəfdarı kimi çıxış edir. Eyni zamanda, Azərbaycan üçtərəfli Bəyanatın maddələrinin icrasının əsas təşəbbüskarıdır. Bu təşəbbüskarlıq isə həm iqtisadi və nəqliyyat əlaqələrini, həm sərhədlərin delimitasiyasını, həm də yekun sülh müqaviləsini əhatə edən sülh prosesində özündə göstərir. Bu baxımdan Rusiya sülhməramlılarının Laçın dəhlizində olan postları, nəzarət buraxılış məntəqələri də artıq sökülür. Eyni zamanda, bu onu göstərir ki, Azərbaycan tərəfinin sülh istiqamətində təşəbbüsləri dəstəklənir və Rusiya tərəfindən də qəbul olunur. Xüsusilə vurğulamaq lazımdır ki, “Qisas” antiterror əməliyyatı cəza tədbiri olmaqla yanaşı, həm də diplomatik, siyasi, hüquqi sahədə intensivliyin təmin olunmasına yardımçı oldu. Bölgədə qeyri-qanuni şəkildə məskunlaşdırılmış və Suriyadan gətirilən ermənilərin regionu tərk etməyəcəkləri ilə bağlı çağırışları, Ermənistanda və Xankəndidə başlayan “müqavimət hərəkatı” da nəticə vermədi. Bu, Azərbaycanın gücünü, qüdrətini, regional aktor kimi nüfuzunu nümayiş etdirməklə yanaşı həm də gələcəkdə digər tələblərimizin də icrasının işartısıdır”.

Politoloqun fikrincə, gələcəkdə üçtərəfli Bəyanatın digər maddələri də icra olunacaq və Azərbaycanın tələbləri yerinə yetiriləcək. “Brüsseldə liderlər arasında görüşün keçirilməsi proqnozlaşdırılır və bu görüşdə artıq Azərbaycan tərəfi düşünürəm ki, yeni tələblərlə çıxış edəcək. Bu tələblər hüquqi zəmində təsbit olunmuş tələblərdir. Artıq, eyni zamanda, Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda qeyd olunmayan tələbləri də siyasi və diplomatik danışıqlar masasına daşıyır. Ölkəmiz bu tələblərin də icra olunmasının təşəbbüskarıdır. Bütün bu tələblər həm də beş maddəlik Ermənistanla siyasi proseslərin nizamlanmasını əhatə edən təkliflərdə də yer alır və yekun sülh müqaviləsinin əsas bazasını təşkil edəcək”, - deyə İ.Hüseynov vurğulayıb.

Çavuşoğlu: Prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik

Yeri gəlmişkən, Türkiyə də regionda gedən stabilləşmə prosesinə öz töhfəsini verməkdədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində bildirib ki, Azərbaycanın 44 günlük müharibədəki hərbi zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin tərəfdarıyıq”. Türkiyənin XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər. “Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı”.

Mövlud Çavuşoğlu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini də xatırladıb. “Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli Bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərləri var”, -deyə XİN başçısı vurğulayıb.

“Azərbaycan Laçın dəhlizinə paralel yeni bir yol inşa etdi. Artıq Laçın şəhəri və ətraf ərazilər boşaldılmalıdır. Amma biz nə müşahidə edirik?.. Təəssüf ki, orada olan ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”, -deyən M.Çavuşoğlu vurğulayıb ki, biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpağıdır: “Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”.

Müsahibəsində Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesinə də toxunan XİN rəhbəri qeyd edib ki, xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələli şəkildə normallaşmasıdır. “İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - deyə o bildirib.

Oxunub: 412
Paylaş:
Digər xəbərlər

Gündəm

17-08-2022, 12:49

Ermənilərin köç vaxtı uzadıla bilməz - Laçının deputatı

Cəmiyyət

15-08-2022, 09:37

Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib

Dünya

13-07-2022, 10:14

Ermənistan nəhayət “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlayır

Cəmiyyət

18-06-2022, 05:59

"Yaxın günlərdə Laçın şəhəri və Zabux kəndi Azərbaycana TƏHVİL VERİLƏCƏK" - Oxikyan + FOTOFAKT

Cəmiyyət

10-06-2022, 10:16

Laçındakı ermənilər təşvişdə - Zabux kəndi boşaldılır...

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Bugün, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • Bugün, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • Bugün, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • Bugün, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • Bugün, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • Bugün, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • Bugün, 09:10
    "Brent" ucuzlaşdı
  • Bugün, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • Bugün, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • Bugün, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • Bugün, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • Bugün, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • Bugün, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • Dün, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • Dün, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • Dün, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • Dün, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
  • Dün, 15:03
    Sahibə Qafarova İƏTPİ-nin 20-ci sessiyasında çıxış etdi
  • Dün, 14:52
    Prezident Numan Kurtulmuşu qəbul etdi
  • Dün, 13:31
    Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
  • Dün, 12:07
    Qarabağ Universitetində yeni təyinat
  • Dün, 11:25
    İllik inflyasiya hədəfi - Açıqlandı
  • Dün, 11:21
    Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS
  • Dün, 11:18
    Sahibə Qafarova İslam ölkələrinə çağırış etdi
  • Dün, 09:37
    Valyuta bazarında son vəziyyət: avro gerilədi...
  • Dün, 09:21
    Türkanda avtomobil piyadanı vuraraq öldürdü
  • Dün, 09:17
    Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir
  • Dün, 09:14
    İlon Mask trilyonçu statusunu itirdi
  • Dün, 09:11
    İranın parlament sədri Azərbaycana gəldi
  • Dün, 09:09
    "Brent" ucuzlaşdı
  • Dün, 09:07
    Prezident onları təltif etdi - SƏRƏNCAM
  • Dün, 09:04
    Ziya Öztürkler Bakıdadır
  • Dün, 09:02
    Süni intellekt məhkəmədə ilk qələbəsini qazandı
  • Dün, 08:58
    Ronaldo rekorda imza ATDI
  • 23-06-2026, 16:58
    Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
Daha çox
20-06-2026, 01:16
Temporal üz gərmə əməliyyatı ətrafında yaranan mübahisələr: Tibbi faktlar nə deyir?
Bugün, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
Dün, 13:31
Fərid Ədilov səsvermənin ilk mərhələsində iştirakçı dövlətlərin əksəriyyətinin etimadını qazanaraq, 130 səslə Komitəyə üzv seçilib.
20-06-2026, 09:34
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Suraxanı rayonunda keçirildi. 19.06.2026
23-06-2026, 13:27
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. 23.06.2026
23-06-2026, 13:49
Dövlət başçıları Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə