Mən 14 may 1992- ci il tarixində Laçın rayon Şeylanlı kəndində anadan olmuşam. Çox təəsüflər olsun ki, erməni faşistləri tərəfindən didərgin oldum. Öz tarixi ata baba vətənim olan Laçına həsrətlə baxırdım. Erməni daşnakları mənim gəncliyimi uşağlığımı əlimdən aldı mən hər zaman düşünürdüm ki, görəsən nə vaxt Laçına qovuşacağıq. Həmin gün həmin tarix bu günə təsadüf etdi. Amma indi mən özümü çox xoşbəxt hiss edirəm ona görə ki, xoşbəxt hiss edirəm ki, doğma vətənim olan Laçın azadlığa qovuşdu və azaddır. Mən də, bir Azərbaycan vətəndaşı olaraq Azərbaycanın cənnət guşələrindən biri olan gözəl Laçınıma dönəcəm və orada xoşbəxt bir həyat yaşayanlardan biri də, mən olacağam.
Gözəllik və hər kəsi öz gözəlliyinə heyran edən Laçın.