Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.
Xəbər verilir ki, Vyaçeslav Volodin səfər çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.