Yasamal rayonu icra başçısı cənab Elşad Həsənov məktəbimizin direktoru Əməkdar müəllim Yaqut xanım Sadıqovanı rayonun ictimai işlərində fəal iştirakına, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə və "5 oktyabr Beynəlxalq Müəllimlər Günü" münasibətilə Fəxri fərmanla təltif etmişdir. Məktəbimizin direktoru Yasamal rayon məktəb direktorları və müəllimlər adından icra başçısına müəllimlərə verdiyi yüksək dəyərə görə təşəkkürünü bildirmişdir.