• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İran Gürcüstan üçün də potensial təhlükədir

Gündəm

17-11-2022, 10:17

İran Gürcüstan üçün də potensial təhlükədir
İran-Azərbaycan münasibətlərində gərginlik hələ də davam edir. Molla rejiminin Azərbaycana qarşı çirkin təxribatları bu ölkənin bölgə üçün təhlükə saçdığını göstərir. Son hadisələr fonunda İranın casus şəbəkələrinin aktivləşməsi, eyni zamanda sərhəddə hərbi təlimlər keçirməsi və iranlı məmurların təhdid dolu çıxışları Azərbaycanla yanaşı, digər qonşu ölkələr üçün də ciddi siqnaldır.



Ekspertlər və siyasətçilər hesab edirlər ki, İranın bölgədə sülhün və əmin-amanlığın pozulmasına yönəlik fəaliyyəti Azərbaycandan savayı, Türkiyə və Gürcüstana da öz təsirini göstərəcək.



Son hadisələr barədə danışan Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyevin fikrincə, İran Gürcüstan üçün də potensial təhlükəyə çevrilib:



"Məlum məsələdir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, xüsusi xidmət orqanları bu istiqamətdə xüsusi əməliyyatlar aparır. İranın Azərbaycanda olan agentura şəbəkəsinin aşkarlanması əməliyyatların nəticələrindən biridir. Bu fakt göstərir ki, İran nə qədər bəhanələr gətirsə də, müxtəlif təhdidedici addımlar atsa da, Azərbaycan xüsusi xidmət orqanları proseslərə nəzarət edir və bu istiqamətdə uyğun addımlar atılır. Düşünürəm ki, bundan sonra da eynilə davam edəcək.


Xüsusilə qeyd etmək lazımdır ki, bizim boru kəmərlərimizə, enerji sektoruna, gəmilərimizə və hərbi texnikamıza qarşı addımlar, bütün bunlar barədə yığılan məlumatlar heç də Azərbaycana qarşı dostluqdan xəbər vermir. İran dövləti Azərbaycana qarşı yetişdirdiyi agentlərinin qarşısına nəyin bahasına olur olsun xüsusi məlumatları toplamaq, bunları Tehrana ötürmək kimi "vəzifə" qoyur. Mən istisna etmirəm ki, İran bu məlumatları məhz Ermənistana ötürür. İran Ermənistanı öz tərəfdaşı elan edərək, Azərbaycana qarşı addımlara yol verməklə yalnış siyasət yürütdüyünün fərqində deyil. Qum şəhərində və İranın digər ərazilərində dini təhsil almış, maddi şirnikləndirmələr hesabına saxlanan agentura şəbəkəsi İran xüsusi xidmət orqanlarının dəst-xəttidir".
Deputatın sözlərinə görə, Türkiyədə törədilən terror aktından sonra bir daha aydın oldu ki, bizim xüsusi xidmət orqanlarımız birmənalı şəkildə gücləndirilmiş rejimdə çalışırlar. Bu xüsusda Ermənistanın təxribatları, yenidən bu cür əməllərə əl atmaq niyyəti, regionda baş verən proseslər mütləq nəzərə alınır:



"Metropoliten, gəmi, hava limanı, ictimai nəqliyyat və insanların sıx toplaşdığı bütün əhəmiyyətli yerlər nəzarətdə saxlanılır, təhlükəsizlik tədbirləri gücləndirilir. Düşmənin, terror törədənlərin hər bir addımı izlənilir. Bölgədə sabitliyi pozmağa çalışan qüvvələr, o cümlədən İran təkcə Azərbaycan üçün deyil, Türkiyə və Gürcüstan üçün də təhlükə olaraq qalır. Özünü İslam dövləti adlandıran İranın İslamın əxlaq kodekslərinə zidd olaraq, məscidlərdə donuz saxlayan, müsəlmanları təhqir edən ermənilərə qucaq açdığı hər kəsə məlumdur. Digər tərəfdən, öz dinindən olan qonşularına qarşı təxribatlar törədirsə, İranın başqa dövlətlərə qarşı da eyni hərəkətləri etməyəcəyinə zəmanət yoxdur. Bütün region dövlətləri, o cümlədən Gürcüstan bu addımlardan sığortalanmadığını, İranın növbəti hədəflərindən birinə çevrilə biləcəyini istisna etməməlidir. Gürcüstan ərazisində də İran xüsusi xidmət orqanları əsasən azərbaycanlıların kompakt yaşadığı ərazilərdə məhzəb, din, sünni-şiə ayrılığını qabartmaqla, öz çirkin əməllərini həyata keçirməyə çalışır. Bununla da azərbaycanlıların sıx yaşadığı ərazilərdə əmin-amanlığı pozmaq, onların arasına nifaq salmaq, hətta bəzən guya Gürcüstan dövlətinə qarşı onları göstərməyə çalışırlar. Bu faktlar mövcuddur".



Arzu Nağıyev söyləyib ki, terror törədənlərin məqsədi milliyyətindən, dinindən, etnik mənşəyindən asılı olmayaraq, hər kəsin, bütün insanların gözünü qorxutmaqdır:



"Bununla dövlətə qarşı inamı zəiflətmək, turizm sektorunu zəiflətmək, gələcəkdə siyasi məsələlərdə bu motivlərdən istifadə etmək niyyəti güdürlər. Terror qurbanlarına Allahdan rəhmət diləyirik, yaxınlarına səbr arzulayırıq. Azərbaycan Türkiyənin hər zaman yanındadır. Biz regionda sülhün və əmin-amanlığın tərəfdarıyıq. Buna qarşı çıxan, bölgədəki əməkdaşlığa kölgə salan qüvvələrin də qarşısını almağa qadirik".

Oxunub: 215
Paylaş:
Digər xəbərlər
Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • Dün, 20:58
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Dün, 18:49
    Baş məşqçi istefa verdi
  • Dün, 18:42
    Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə