"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb".
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Rəsmi məlumatda bildirilib ki, qeyd edilən fakt təsdiq olunmayıb.
Xatırladaq ki, sosila şəbəkədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işinin başlanılması barədə məlumatlar yayılmışdı. Ötən gün Aslan Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi bununla əlaqələndirilirdi.