• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Sülhməramlıların yerləşdiyi əraziyə hərbi texnikalar daşınır - DTX

Gündəm

24-11-2022, 11:09

Sülhməramlıların yerləşdiyi əraziyə hərbi texnikalar daşınır - DTX
Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans keçirilib.



Təhlükəsizlik Şurası Katibinin Xidmətindən Modern.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlayıb.



Tədbirdə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları, Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin nümayəndələri iştirak ediblər.



Konfransın məqsədi Vətən müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.



Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.



Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Öncə çıxış edən Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, bu mövzuda konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını, bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırıb. General-polkovnik Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirib.



Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması, qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat verib.



DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır. Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.



Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bildirib ki, həm Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili üçün digər qurumlarla birgə lazımi tədbirlər görülüb.



Konfrans öz işini noyabrın 25-dək hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcək.
Sülhməramlıların yerləşdiyi əraziyə hərbi texnikalar daşınır - DTX



Oxunub: 337
Paylaş:
Digər xəbərlər

Gündəm

22-08-2022, 10:09

Prezident Təhlükəsizlik Xidmətinin əməkdaşlarını təltif etdi - SİYAHI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • Dün, 20:58
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Dün, 18:49
    Baş məşqçi istefa verdi
  • Dün, 18:42
    Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə