• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Laçın yolunda baş verənlər göstərir ki, üçtərəfli bəyanatı məhz Moskva pozur

Gündəm

13-12-2022, 10:32

Laçın yolunda baş verənlər göstərir ki, üçtərəfli bəyanatı məhz Moskva pozur
Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Otuz ildən çoxdur ki, Ermənistan, eləcə də Xankəndidəki separatçılar adətləri üzrə həmişə “energetik vampir”lik edərək Azərbaycan cəmiyyətinin əsəblərini sovurublar. Ancaq Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının separatçlar tərəfindən istismarı ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin monitorinq keçirilməsinə separatçıların “sülhməramlı”larla birgə maneçilik törətməsi, artıq mövcud vəziyyətin “qısaqapanma”sı demək idi ki, o da baş verdi. İndi Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda “Ekoloji terrora son” şüarı ilə haqlı olaraq keçirdiyi aksiya bunu sübut edir.

Sözsüz ki, “sülhməramlı”ların Azərbaycana gəldiyi ilk gündən məramlarının sülh olmadığını təsdiq edən faktlar saysız hesabsızdır. Onların üçtərəfli bəyanatın 4-cü bəndinə ümumiyyətlə məhəl qoymamaları, əksinə, səlahiyyətlərini aşaraq separatçı-terrorçulara “qızıl balıq” olub istənilən arzularını həyata keçirməkdə münbit şərait yaratmaları, humanitar yardım adı ilə “ayaq vermələri” və digər qanunsuz əməlləri həmişə göz önündə olub.

Ancaq bu dəfə “sülhməramlı”ların Azərbaycan nümayəndə heyətinin qarşısını kəsən başda Ruben Vardanyan olmaqla ətrafındakı hiddətli hay kütləsini dağıtmaq əvəzinə seyrici mövqe nümayiş etdirmələri, onların separatçılarla eyni cəbhədə olduqlarını bir daha açıq şəkildə sübut etmiş oldu.

Əlbəttə, Vardanyanın Xankəndidə Moskvanın “dili” olduğu heç kimə sirr deyil. Elə bu üzdəndir ki, o, Qarabağa gəldiyi gündən “dil qəfəsə” qoymur və özünün teleqram kanalında “Artsax xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür və bu barədə çoxdan aydın mövqeyini bildirmişdir”, - deyə rəsmi Moskvaya, eyni zamanda Qarabağda dolayısı ilə şəxsi cangüdəninə çevrilmiş Rusiya “sülhməramlı”ların komandanı Volkova güvənərək qəti mövqe nümayiş etdirir.

Onun belə arxayınlıqla danışması bir növ Paşinyanın iki il öncə “Qarabağ Ermənistandır nöqtə” deməsinə çox bənzəyir və bu, üçtərəfli bəyanatdakı 4-cü bəndin icra ediləcəyinə inamı tamamilə itirir. Bu mənada, görünür Vardanyanın başına “Bayraqdar” vurmayınca o, özünü II Qarabağ savaşından əvvəlki Paşinyan kimi aparmaqda davam edəcək.

Paşinyan demişkən, məlum məsələdir ki, Azərbaycan və ya Türkiyə rəsmiləri Ermənistanın qanunsuz əməllərinə qarşı bir söz deyən kimi, haylar o dəqiqə çox sevdikləri “soyqırımı” ifadəsini dövrüyyəyə buraxırlar. Elə bunun səbəbidir ki, Paşinyan dünən İrəvanda keçirilən “Soyqırımı cinayətinə qarşı” 4-cü qlobal forumu zamanı çıxışında, guya Azərbaycanın Qarabağda üç fərqli ssenari üzrə “soyqırımı” hazırladığını uydurdu.

Diqqət edin o, həyasızlıqla qeyd edir ki, “ilk ssenari Dağlıq Qarabağ ermənilərinin sadəcə öz evlərində, öz torpaqlarında yaşamaq imkanı olmadan təmizlənməsi ola bilər. Belə bir mini-modeli Dağlıq Qarabağın Hadrut rayonunda görürük ki, 2020-ci ildəki 44 günlük müharibə nəticəsində bu gün orada heç bir erməni yaşamır. Üstəlik, qeyd etməliyəm ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat qaçqınların Dağlıq Qarabağ ərazisinə və ətrafındakı rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin nəzarəti altında qaytarılmasını nəzərdə tutur. Lakin bu günə qədər hətta BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin nümayəndələri belə bu rayonlara daxil olmaq imkanına malik deyildilər”.

Əlbəttə, aktyorluq edən Paşinyan bu rolu ilə erməni həyasızlığının növbəti obrazını yaradır. Maraqlıdır, 44 günlük savaşdan qalib çıxmış Azərbaycan separatçı-terrorçu ermənilərin “sülhməramlı”ların arxasına sığınıb qanunsuz əməllərini davam etdirmələri üzündən, öz hüquqi ərazisi olan Xankəndi və ətraf rayonlara, eləcə də kəndlərə otuz ildir yurd-yuvalarından didərgin salınmış azərbaycanlıları qaytara bilibmi ki, indi 5-10 erməni Hadruta qayıtsın? Digər tərəfdən, məgər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin Qarabağa gəlməsinə elə ilk növbədə separatçı rejim və “sülhməramlı” donu geymiş Moskva mane olurmu?

Paşinyan ikinci “soyqırımı” “ssenari”sini, guya ermənilərə məxsus “toponimlərin” Azərbaycan tərəfindən dəyişdirilməsilə separatçıların “özünəməxsusluqlarını” itirəcəkləri ilə əlaqələndirir. O, Azərbaycan Müdafiə Nazirliyinin son günlər Rusiya “sülhməramlı”larından Azərbaycana məxsus toponimlərin düzgün ifadə edilməsi tələbini əsas gətirərək, bildirir ki, “bu gün Azərbaycanın Dağlıq Qarabağın toponimlərinə və tarixi-mədəni abidələrinə qarşı apardığı mübarizə bunun ən parlaq təsdiqidir”. Sözsüz ki, bununla, Paşinyan öz sürtülmüş erməni sifətini bir daha dünyaya təqdim edir. Ermənibaşın uydurduğu üçüncü “soyqırımı” “ssenari”sinə gəlincə isə, o, bu sırada guya, 44 günlük savaş zamanı dinc ermənilərin yaşayış məntəqələrinin və sakinlərin Azərbaycan tərəfindən bombalanması, eləcə də raket atışlarına məruz qaldıqlarını misal gətirərək separatçıların fiziki məhv ediləcəyini göstərir.

Əlbəttə, Paşinyanın uydurmalarını geniş şərh etməyə lüzum yoxdur. Çünki, Azərbaycan cəmiyyəti erməni xislətinə artıq əsrlərdir ki, bələddir. Vardanyana gəlincə isə separatçılar Qarabağı taladıqlarını açıq şəkildə çəkinmədən bəyan edir, eləcə də “sülhməramlı”lardan hər cür dəstək alaraq, üçtərəfli bəyanatın onlara aid olmadığını bildirir və onu lazımsız kağız parçası hesab edirlər. Odur ki, istər Vardanyanın özünə bu qədər arxayınlığı, istərsə də hazırda Şuşa-Xankəndi yolunda baş verənlər onu təsdiq edir ki, üçtərəfli bəyanat məhz ikiüzlü siyasət yürüdən Moskva tərəfindən pozulur.

Oxunub: 312
Paylaş:
Digər xəbərlər

Gündəm

12-12-2022, 14:59

Laçın-Şuşa yolunda aksiya davam edir - SON VƏZİYYƏT

Gündəm

11-12-2022, 16:19

Azərbaycan Rusiyaya NOTA VERDİ

Gündəm

13-12-2022, 10:26

Laçın yolunda etirazçıların sayı ARTIR

Gündəm

3-12-2022, 17:10

Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndidə - YENİLƏNİB

Gündəm

3-12-2022, 14:50

Dövlət qurumları sülhməramlıların olduğu əraziyə mütəxəssislər göndərdi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
10-09-2026, 09:34
Xocalıda mina partladı, xəsarət alan var
9-09-2026, 08:57
Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
4-09-2026, 09:50
Xırdalanda obyektdə yanğın
Son xəbərlər
  • Dün, 20:58
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Dün, 18:49
    Baş məşqçi istefa verdi
  • Dün, 18:42
    Azərbaycanda üçuşaqlı ailələrlə bağlı yeni təklif
  • 10-09-2026, 11:26
    Azərbaycandan Ermənistana yeni tranzit: 3 min ton taxıl
  • 10-09-2026, 11:24
    Dövlət qurumlarının büdcədənkənar pulları ilə bağlı yeni QƏRAR
  • 10-09-2026, 11:05
    Cəbrayılın Soltanlı kəndinin tikintisindən yeni görüntü
  • 10-09-2026, 10:56
    Tramp amerikalılara pul paylayacaq - hər kəsə 5 min dollar
  • 10-09-2026, 10:45
    Yeni Azərbaycan Zəfər zirvəsindədir!
  • 10-09-2026, 10:40
    “Brent” neftin qiyməti ucuzlaşdı
  • 10-09-2026, 10:30
    Ankarada Heydər Əliyevlə Atatürkün xatirəsi yad olundu - Fotolar
  • 10-09-2026, 10:26
    Ötən ay tarixin ən isti avqustu olub
  • 10-09-2026, 10:13
    Nobel mükafatlarının açıqlanacağı tarixlər məlum oldu
  • 10-09-2026, 10:08
    Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr
  • 10-09-2026, 09:57
    Kollecə qəbul olmaq istəyənlərə SON ŞANS
  • 10-09-2026, 09:54
    Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI
  • 10-09-2026, 09:43
    Dünyanın 120 ölkəsi Azərbaycanı seçdi - əcnəbi tələbələrin sayı artır
  • 10-09-2026, 09:40
    Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarının vaxtı açıqlandı
  • 10-09-2026, 09:34
    Xocalıda mina partladı, xəsarət alan var
  • 10-09-2026, 09:25
    Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ
  • 10-09-2026, 09:16
    Paşinyan Makronla görüşdü
  • 10-09-2026, 09:13
    “Cimbom” ÇL-ə məğlubiyyətlə başladı - Video-Yenilənib
  • 10-09-2026, 09:09
    Trampla telefon danışığını ləğv etdi
  • 9-09-2026, 20:05
    Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
  • 9-09-2026, 14:39
    Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
  • 9-09-2026, 14:36
    Ceyhun Bayramov Mirzoyanla görüşəcək
  • 9-09-2026, 09:42
    Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
  • 9-09-2026, 09:20
    “Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucal
  • 9-09-2026, 09:16
    Messi bu klubu alır
  • 9-09-2026, 09:13
    İran İordaniyadakı ABŞ bazalarını vurdu
  • 9-09-2026, 09:10
    Qatlanan iPhone 4080 manat olacaq
  • 9-09-2026, 08:59
    Hazırda Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI
  • 9-09-2026, 08:57
    Zərdabda yol qəzası nəticəsində 5 nəfər ölüb
  • 8-09-2026, 16:32
    Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
  • 8-09-2026, 15:44
    Uşaqlı ailələrə ipoteka və ilkin ödəniş dəstəyi təklif olunur
  • 8-09-2026, 15:14
    Ali Məhkəmədən kreditlə bağlı ciddi xəbərdarlıq
Daha çox
8-09-2026, 16:32
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının XII hesabat konfransı keçirilib
9-09-2026, 09:42
Çempionlar Liqasında ilk turun 6 oyunu - NƏTİCƏLƏR
9-09-2026, 20:05
Bərdədə sakinlər küçə itlərinin səsindən evlərində rahat yaşaya bilmirlər
9-09-2026, 09:10
Qatlanan iPhone 4080 manat olacaq
8-09-2026, 08:49
Bu gün Çempionlar Liqasının oyunları başlayır - TƏQVİM
8-09-2026, 08:55
Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə