• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Deputatlığa namizəd Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazdı: "Qoy Ədalət zəfər çalsın!"

Gündəm

15-02-2020, 09:43

Deputatlığa namizəd Ləman Ələşrəfqızı İlham Əliyevə məktub yazdı: "Qoy Ədalət zəfər çalsın!"


Əməkdar jurnalist, deputatlığa namizəd Ləman Ələşrəfqızı ölkə Prezidenti İlham Əliyevə məkub yazıb.

Xəbərnur məktubu olduğu kimi, təqdim edir:

“Salam cənab Prezident!

Sizə bu müraciəti 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd İsmayılova Ləman kimi edirəm. Amma cəmiyyət məni sadəcə Ləman Ələşrəfqızı kimi tanıyır. Əməkdar jurnalist, uzun illər mətbuatda və televiziyada çalışmış bir peşəkar müxbir kimi.

Cənab Prezident! İslahatlar Proqramı çərçivəsində Parlamentin də yeniləməsi zərurəti şəxsən məni bu seçkilərə qatılmağa ruhlandırdı. Üstəgəl doğulduğum bölgənin insanlarının belə bir təşəbbüslə çıxış etməsindən sonra qəti qərara gəldim ki, bəli mən də Parlament seçkilərinə qatılacam. Çünki, Oğuz və Qəbələnin bu dairəyə düşən kəndlərinin sözün əsl mənasında islahatçı, yenilikçi, işgüzar, sadə camaatın dilindən anlayan bir deputata ehtiyacı vardı. Və qatıldım da. Təşviqatın ilk günü rastlaşdığım mənzərə sadəcə belə idi: yenicə bələdiyyə seçkilərindən çıxan yorğun, ümidsiz, çarəsiz, inamsız, seçkini baykot etməyə hazır adamlar. Onlarla dil tapmaq, onları Sizin müəllifiniz olduğu İslahatlara inandırmaq, Azərbaycanın daha güclü, daha qüdrətli olması üçün öz Prezidenti ətrafında sıx birləşməyə dəvət etmək, necə deyərlər çəkici bir zindana vurmaq mənim çıxışlarımın əsas leytmotivi oldu. Və budur, Oğuz-Qəbələ camaatı artıq bizimlə birlikdə addımlayır. Təşviqatın ilk günündəki yorğun, inamsız insanlardan əsər-əlamət yoxdur! Hamı bizim ətrafımızda birləşib, hamı dövlətin, Prezidentin yanındadır.

Cənab Prezident!

Əgər camaatımın inamı, sevgisi olmasaydı,bu görüşləri keçirmək asan olmayacaqdı. Çünki, qarşı tərəf əlindəki inzibati rıçaqlardan istifadə etməklə hər vəchlə seçicilərlə görüşə mane olurdular. Mənim əsas rəqibim Aqiyə Naxçıvanlının qardaşı Yusif Naxçıvanlı Oğuz rayon İcra Hakimiyyəti başçısının müavinidir. Digər qardaşı Mahir Naxçıvanlı Oğuz rayon Təhsil Şöbəsində vəzifə tutur. Bu ailə ilə qohumluq münasibətində olan Səyyaf Abbasov Oğuz İH-nin ərazi idarəetmə şöbəsinin müdiri kimi bütün icra nümayəndələrinə tapşırıq vermişdi. Şəkillərim cırılırdı, camaat arasında bizə yox, qarşı tərəfə səs verməklə bağlı təbliğat aparılırdı, insanlara hədə, qorxu gəlirdilr. Çox təəssüf edirəm ki, bu zaman xüsusilə Aqiyə Naxçıvanlının həyat yoldaşı Hüseyn müəllimin Prezident Aparatında işlədiyini, qaynı oğlu Şahmar Mövsümovun isə Prezidentin köməkçisi olduğunu məqsədli şəkildə yayırdılar. Qanun pozuntuları ilə bağlı hələ təşviqat dövründə Oğuz 117 saylı dairəyə, sonra isə MSK-ya müraciət etdik. Bu pozuntular Aqiyə xanımın təşviqat dövründə bir tələbənin təhsil haqqını ödəməsi, İcra Hakimiyyətində vəzifə tutan Saleh müəllimin onun təbliğatında iştirakı, qardaşı Yusif Naxçıvanlının başçının müavini vəzifəsindən müvəqqəti olaraq kənarlaşdırılmaması, bununla da təsir mexanizmi gücünü özündə saxlaması və s bu qəbildən olan məsələlər idi. Təəsüf ki, bu strukturlar qanunun yox, Aqiyə Naxçıvanlının tərəfində durdular.

Nəhayət seçki günü əsl rüsvayçılıq yaşandı. Axşam saatlarına qədər diqqətçəkən qanun pozuntuları olsa da bu kütləvi xarakter almamışdı. Amma saat 18.00 ərəfəsində məntəqələrdə millətin, dövlətin, Prezidentin yürütdüyü islahatların adına yaraşmayan biyabırçılıq hökm sürdü. Səslərin sayılması zamanı şəxsən özümün dayandığım məntəqədə səslərimi qoruya bildim. O məntəqədə 203 səslə 116 səs toplayan Aqiyə xanımı üstələdim. Amma hətta bu məntəqədə belə digər prosedurlara əməl olunmadı. Belə ki, nümunə protokolun üzü karbonlaşdırılmış protokola köçürülmədi, ümumiyyətlə karbonlaşdırılmış protokol heç bir məntəqədə ortaya çıxmadı. Bizim heç bir müşahidəçiyə imkan yaradılmadı ki, səslər onların gözü qarşısında sayılsın, nümunəyə, sonra isə karbonlaşdırılmış protokola köçürülsün. Bu səbəbdən də bu gün bizim əlimizdə 61 məntəqə üzrə cəmi 20 nümunə protokol var. Deməli həm də 41 qanunsuzluq, 41 cinayət faktı.
Cənab Prezident! Biz konkret faktlarla Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Sizin Atanızın, bizim ümummilli liderimiz Heydər Əliyevin bir sözü var: Qoy Ədalət zəfər çalsın!

İnanıram ki, Ədalət zəfər çalacaq! Çünki arxamızda Dövlətimiz, Prezidentimiz, xalqımız, başımızın üstündə Allahımız var!” azpost.info

Xəbərnur

Oxunub: 1 139
Paylaş:
Digər xəbərlər

Siyasət

5-02-2020, 23:27

Deputatlığa namizəd Ruxi Hüseynov Malik oglu seçicilərlə görüşüb.

Gündəm

29-01-2020, 20:20

Deputatlığa namizəd Kəmaləddin Qafarovun qoçuları jurnalisti döydü

Siyasət

21-01-2020, 19:19

24 saylı Nizami birinci Seçki dairəsindən deputatlığa namizəd-Video

Siyasət

11-01-2020, 23:06

DİA.AZ-ın Baş redaktorunun namizədliyi qeydə alındı - "Ümid edirəm ki, 2005-ci ildə məni seçən mingəçevirlilər yenidən eyni seçimi edəcəklər"

İdman

8-10-2019, 12:27

Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib — FOTO

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Dün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Dün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Dün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Dün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə