• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Zəngəzur dəhlizinin açılmasına AZ QALDI...

Gündəm / Siyasət

30-04-2023, 19:09

Zəngəzur dəhlizinin açılmasına AZ QALDI...

Laçın-Xankəndi yolunda 138 gün davam edən ekoloji aksiya müvəqqəti dayandırılıb. Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması, yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi əsas gətirilərək aksiyanın dayandırılmasına qərar verilib.



Tarixdə bir ilk olan aksiyanın qismən öz məqsədinə çatdığını demək olar. Bu aksiya Azərbaycan vətəndaş cəmiyyətinin gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Ermənistan və bu ölkənin havadarları çalışsalar da, ekofəallar geriyə bir addım belə atmadan haqlı mübarizələrini davam etdirdilər. Nəhayət, Azərbaycan dövlətinin qətiyyəti sayəsində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasına nail olundu və bununla da sərhədlərimiz nəzarətə götürüldü.



Aksiyanın dayandırılmasından sonra bütün diqqətlər Zəngəzur dəhlizinə yönəlib. Yaxın zamanlarda Azərbaycanın bu istəyinə də çatacağı şübhə doğurmur. İndi başlıca hədəf Zəngəzur dəhlizinin açılmasıdır.



Bəs dəhlizin açılması üçün hansı addımlar atılacaq?







Mövzu ilə bağlı açıqlama verən sabiq xarici işlər naziri Elmar Məmmədyarov əvvəlcə ekofəalların aksiyasını dəyərləndirib. Eks-nazir bildirib ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyanın uğurlu olduğunu demək olar:



"Artıq Ermənistanla sərhəddə buraxılış məntəqəsi açılıb. Yol nəzarət altındadır. Ekofəallardan sonra polis və Daxili Qoşunların hərbçiləri bütün yolu nəzarətə götürüb. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə bunun geci-tezi var. Digər qüvvələr də yolun açılmasında və ondan istifadə etməkdə maraqlıdır. Dəmiryolu və avtomobil yolu onları həm Naxçıvanla, həm İranla, həm Türkiyə ilə, həm də körfəzlə bağlaya bilər. Böyük oyunçular dəhlizin açılmasında maraqlıdırlar. Zəngəzur yolu birmənalı olaraq açılacaq. Mənim buna heç bir şübhəm yoxdur".



Sabiq nazirin fikrincə, Ermənistan hakimiyyəti dəhlizin əhəmiyyətini başa düşür:



"Hazırda danışıqlar gedir. Rusiya, Ermənistan və Azərbaycan arasında Baş nazirlərin müavinləri səviyyəsində müzakirələr gedir. Bir neçə görüş keçirilib. Mən belə başa düşürəm ki, Ermənistanda da bunu anlayırlar. Ermənistan rəhbərliyi dəhlizin onlar üçün faydalı olduğunu dərk edir. Çünki dəhliz sayəsində büdcə gəlirləri artacaq. Ona görə də layihəni həyata keçirməkdə maraqlı olmalıdırlar".







Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, Azərbaycan ekofəalları, QHT-lər tarix yazdılar. Onlar bir daha göstərdilər ki, Azərbaycan xalqı öz hüquqları, təbii sərvətləri uğrunda necə mübarizə aparır və nəticə əldə edirlər:



"Əslində ekofəalların aksiyası həm də erməni vandalizminin ifşasına səbəb oldu. Bütün dünya bizim ekofəalların aksiyasının timsalında gördü ki, Azərbaycan ərazisində ekosid törədilir. Bu hərəkat qismən də olsa mübarizənin birinci mərhələsində öz məqsədinə çatmış oldu. Ermənilər artıq bizim mədənlərimizi istismar edə bilməyəcək. Əlbəttə ki, bu, məsələnin hamısı deyil. Düşünürəm ki, ekofəallarımız bundan sonrakı mərhələdə ekoloji monitorinqin keçirilməsi üçün mübarizə aparacaqlar. Hər halda biz bunu ekofəallarımızın birinci mərhələdə böyük uğuru, qələbəsi hesab edə bilərik".







Deputatın sözlərinə görə, növbəti mübarizə Zəngəzur dəhlizi istiqamətində olacaq:



"Laçın yolunun başlanğıcında, Ermənistan və Azərbaycan arasında sərhəd qoymaqla məsələnin bir qismini həll etdik. Amma Ermənistan bu məsələ ilə bağlı öhdəliklərini yerinə yetirmirdi. Üçtərəfli bəyanatın tələblərini pozurdu və Laçını humanitar yol olmaqdan çıxarıb, onun vasitəsilə Azərbaycan ərazisinə terrorçuları, minaları ixrac edirdi. Azərbaycan ərazilərinə qanunsuz şəkildə silah-sursat ixrac olunurdu. Buna son qoyuldu. Ermənistanın başqa bir öhdəliyi üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd olunub. Burada söhbət Zəngəzur dəhlizinin açılmasından gedir. Dəhliz vasitəsilə Azərbaycanın qərbinə maneəsiz keçid təmin olunur. Növbəti mübarizəmiz hesab edirəm ki, bu istiqamətdə olmalıdır. Beynəlxalq ictimaiyyət də, üçtərəfli bəyanata imza atan qonşu Rusiya da Ermənistana təzyiq etməlidir ki, üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin və Zəngəzur dəhlizi vasitəsilə azərbaycanlıların sərbəst və maneəsiz keçidi təmin olunsun".



Azərbaycan buna necə nail olacaq?



H.Babaoğlu suala cavabında deyib: "Hər şeydən öncə ortada imzalanmış bir sənəd və öhdəlik var. Bu öhdəliyin yerinə yetirilməsinin qarantı var. O da 3-cü bir tərəf olan Rusiyadır. Buna görə də ilk növbədə Rusiya təzyiqləri artırmalıdır. Digər yandan Azərbaycan bütün diplomatik üsullardan və beynəlxalq hüquq təşkilatlarından gözləyir ki, onlar da Ermənistana təzyiq göstərsinlər. Haqlarımız uğrunda aparılan mübarizə üsullarından istifadə olunmağa davam ediləcəyini düşünürəm"

Oxunub: 312
Paylaş:
Digər xəbərlər

Gündəm

25-04-2023, 08:54

Laçın-Xankəndi yolundakı aksiyanın 135-ci GÜNÜ

Gündəm

23-04-2023, 14:53

Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi quruldu

Cəmiyyət

7-04-2023, 09:09

Laçın-Xankəndi yolundakı aksiyanın 117-ci GÜNÜ

Gündəm

6-03-2023, 09:01

Laçın-Xankəndi yolundakı aksiyanın 85-ci günü

Cəmiyyət

20-02-2023, 10:35

Laçın-Xankəndi yolundakı aksiyanın 71-ci GÜNÜ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Bugün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Bugün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Bugün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Bugün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Bugün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Bugün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Bugün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Bugün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
  • Bugün, 09:11
    "Qarabağ" bu gün Konfrans Liqasının ilk oyununa çıxır
  • Bugün, 09:08
    Paytaxtın 3 əsas yolunda TIXAC var
  • Bugün, 09:06
    Ceyhun Bayramov Ukraynaya getdi
  • Bugün, 09:05
    Kartdan-karta ödənişlərdə limit kimlərə tətbiq olunmayacaq? - AÇIQLAMA
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
Daha çox
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə