• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident və birinci xanım “Ağdam” yarımstansiyasının açılışında iştirak ediblər

Gündəm

24-12-2023, 16:32

Prezident və birinci xanım “Ağdam” yarımstansiyasının açılışında iştirak ediblərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.



Dovletxeberleri xəbər verir ki, dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.



“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.



Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.Qeyd olunub ki, bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerjisisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdı. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.



“Ağdam” qovşaq yarımstansiyasında 110 kV-luq açıq paylayıcı qurğu yaradılıb və açarların, ayırıcıların və digər texniki avadanlıqların açılıb-qoşulması, o cümlədən aktivlərin, proseslərin, resursların idarə edilməsi, qüsurların təcili aradan qaldırılması və başqa əməliyyatların proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin edilib. Yarımstansiyanın yeni tikilən İdarəetmə Mərkəzində isə 35 və 10 kV-luq rəqəmsal qapalı paylayıcı qurğular yerləşdirilib. Bununla yanaşı, Mərkəz əks-qəza avtomatikası, mikroprosessor tipli rele mühafizəsi, avtomatika və idarəetmə panelləri, sabit və dəyişən cərəyan qurğuları ilə təmin edilib. Yarımstansiyada müasir tələblərə cavab verən mikro SCADA sistemi yaradılıb və “AzərEnerji”nin mərkəzi SCADA sistemi ilə sinxronlaşdırılıb.



Dövlətimizin başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə saldı.



Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

Oxunub: 304
Paylaş:
Digər xəbərlər

Gündəm

20-11-2023, 07:28

Bu gün Ağdam Şəhəri Günüdür

Gündəm

25-08-2023, 18:59

Kəlbəcərdə “Soyuqbulaq” Stansiyasının açılışı oldu

Gündəm

25-08-2023, 13:36

Prezident və birinci xanım Kəlbəcərdə

Gündəm

3-05-2023, 07:15

Prezident və birinci xanımın Ağdam səfərindən FOTOLAR

Gündəm

3-06-2020, 17:22

Prezident İlham Əliyev Ağdam rayonu ərazisindəki "N" saylı hərbi hissədə olub

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 16:03
    Vüsal Aslanovdan yeni rəis - Təyinatları
  • Dün, 16:02
    Güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:01
    Şöbə rəisi vəzifədən azad edildi
  • Dün, 15:31
    Azərbaycan İranı qardaş ölkə hesab edir - Hikmət Hacıyev
  • Dün, 14:02
    Sosial şəbəkələrdə yaş tələblərini pozanlar bu qədər cərimələnəcək
  • Dün, 14:01
    Zəngəzur dəhlizi ilə bağlı yeni PROQNOZ
  • Dün, 13:59
    Vətən həsrəti bitənlərin sayı artır: daha 27 ailə doğma evinə köçdü
  • Dün, 11:24
    Dövlət Agentliyinin sədrinə müavin təyin olundu
  • Dün, 11:17
    Taksi sürücüləri üçün imtahan keçiriləcək
  • Dün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Dün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Dün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Dün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Dün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Dün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Dün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Dün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • 4-08-2026, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • 4-08-2026, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • 4-08-2026, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • 4-08-2026, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • 4-08-2026, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • 4-08-2026, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • 4-08-2026, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • 4-08-2026, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • 4-08-2026, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • 4-08-2026, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 4-08-2026, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • 4-08-2026, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • 4-08-2026, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə