• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xocalı faciəsi vəhşiliyin ən bariz nümunəsidir

Gündəm

23-02-2024, 10:22

Xocalı faciəsi vəhşiliyin ən bariz nümunəsidir
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımından 32 il ötür.

İllər ötsə də, hər birimizin yaddaşına əbədi həkk olunmuş bu dəhşətli hadisə unudulmur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalıya hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətdilər.

Bütün beynəlxalq hüquq normalarına zidd olan bu hərəkət nəticəsində dinc sakinlərə amansızcasına divan tutuldu, şəhər darmadağın edildi. 613 soydaşımız qətlə yetirildi, onların cansız bədənləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Eyni zamanda, bir neçə ailə tamamilə məhv edildi, yüzlərlə dinc sakin ağır yaralandı, minlərlə insan girov götürüldü. Azərbaycan xalqı bu insanlıq cinayətini heç zaman unutmayacaq.

Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aldı. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır.

Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırım aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz milli mənsubiyyətlərinə görə tamamilə məhv etmək niyyəti ilə törədilib.

Ermənilər həm birinci Qarabağ həm də ikinci Qarabağ savaşı dönəmində Azərbaycan xalqına qarşı böyük vəhşilik - vandalizm aktları törədiblər. Eyni cinayətlər 1905 və 1918-ci illərdə də ermənilər tərəfindən xalqımıza qarşı törədilib. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Vəhşilik, qətl, xəyanət, soyqırımı törətmək bu millətin genindədir.

Bu bir reallıqdır ki, bu millətin adlandırdığı bütün “milli qəhrəmanları” hamısı cinayətkar və uşaq qatilləridir. Bu xalqın başına gələn bütün müsibətlərin kökündə şovinist ideologiya durur. Uşaq dünyaya gəldiyi gündən ona digər xalqlara qarşı düşmənçilik təbliğ olunur, Azərbaycana qarşı nifrət və düşmənçilik hissi ilə böyüyən nəsil yetişdirilir.
Ətraflı

Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər. Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır.

Bu həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar.

Onu da qeyd edək ki, Ermənistan bu kimi əməllərlə Azərbaycan xalqının gözünü qorxutmağa, onun döyüş əzmini qırmağa çalışırdı. Ancaq əksinə oldu. Azərbaycan xalqı bu cinayətləri, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, ermənilərin Xocalıda törətdiklərinin qisasını aldı, şanlı tarix yazdı.

Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.

“Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı bu cinayəti heç zaman unutmayacaq.

Bu faciənin qurbanı olmuş günahsız insanları dərin hörmət və ehtiramla yad edir, Allahdan sonsuz rəhmət diləyirik.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Oxunub: 279
Paylaş:
Digər xəbərlər

Dünya

20-11-2023, 10:13

Xocalı soyqırımının daha bir qatili tutuldu - VİDEO

Gündəm

26-02-2023, 01:05

Xocalı soyqırımından 31 il ÖTÜR

Gündəm

23-02-2023, 13:21

Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılmasında rolu mövzusunda dəyirmi masa keçirilmişdir

Gündəm

26-02-2022, 05:26

Xocalı soyqırımından 30 il ÖTÜR

Cəmiyyət

21-02-2020, 11:10

Xocalı faciəsi qurbanlarının xatirəsi Gürcüstanın Kaspi rayonunda ehtiramla yad olunub

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Dün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Dün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Dün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Dün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Dün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • 15-06-2026, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • 15-06-2026, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə