• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Deputat: Azərbaycan Silahlı Qüvvələri tarixi missiyanı Vətən müharibəsində şərəflə icra etdi

Gündəm

26-06-2024, 15:57

Deputat: Azərbaycan Silahlı Qüvvələri tarixi missiyanı Vətən müharibəsində şərəflə icra etdi


Azərbaycan Silahlı Qüvvələri hər zaman sülhün və təhlükəsizliyin qarantı olub.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusu müasir standartlara cavab verməsi, hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olması qazanılan hərbi uğurlarla təsdiqlənir:

“26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Artıq 4 ildir ki, Ordumuzun yaranması tarixi fərqli bir obrazda qeyd edilir. Çünki Ordumuz artıq qalib ordudur. Azərbaycan Silahlı Qüvvələri öz üzərinə düşən tarixi missiyanı 2020-ci ilin 27-i sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində şərəflə icra etdi. Azərbaycan xalqı məhz cəsur əsgər və zabitlərimizin başda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində bu gün qalib və başı ucadır. Bu mənada Ordumuz xalqımızın güvənc yeri hesab edilir. Bu gün dövlətimizin prioritet məsələ kimi qəbul etdiyi prinsiplərdən biri də Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbiçilərin sosial problemlərinin həllidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu istiqamətdə uğurlu siyasət həyata keçirilir və Azərbaycan Ordusunun döyüş qabiliyyəti günü-gündən artırılır”.

Aqil Məmmədov qeyd edib ki, Qafqazın güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri hər zaman sülhün və təhlükəsizliyin qarantı olub: “1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı da məhz bu qəbildəndir. Sözsüz ki, bu amillər Ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına başlıca zəmin yaradır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Eyni zamanda Azərbaycan Ordusu 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulub. Bunun nəticəsi olaraq il ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO-nun və digər ikitərəfli əməkdaşlıq proqramlarının platformalarında iştirak edir. Bu proqramlara qatılaraq Silahlı Qüvvələrimiz ən son hərbi yeniliklərə yiyələnir. Artıq beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda böyük təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern ordu kimi nüfuzunu və gücünü daha da artırmaqdadır”.

Deputat hesab edir ki, Ordumuzun Aprel döyüşlərində qazandığı parlaq qələbə, 2018-ci ilin uğurlu Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin işğal faktına gec-tez son qoyacağı mesajı idi: “Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27-i sentyabrında əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində ölkə ərazisi üzərində konstitusiya quruluşu tam bərqərar edildi. Uzun on illiklər ərazilərimizdə kök salmış erməni separatizminə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidlik etdi. Bununla da Azərbaycan dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi”.

Aqil Məmmədov vurğulayıb ki, bu tarixi Zəfərin qazanılması qəhrəman hərbiçilərimiz, şəhidlərimiz, qazilərimiz sayəsində mümkün oldu: “Sözsüz ki, dövlətimiz tərəfindən hərbçilərimiz orden və medallarla təltif edilir, şəhid ailələri və qazilər yüksək qayğı ilə əhatə olunur. Postmüharibə dövründə Azərbaycan Ordusu öz inkişafının yeni mərhələsini yaşayır. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə diqqət yetirilir. II Qarabağ müharibəsindən sonra Ordu quruculuğu prosesi daha geniş vüsət alıb. Sözsüz ki, müharibədən sonra Ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Ordumuzun qüdrətinin daha da artırılması üçün dövlətimiz tərəfindən zəruri addımlar atılır. Bu gün Böyük Qayıdış konsepsiyasına uyğun olaraq keçmiş qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına geri dönür. Onların burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşamasına güclü, Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan və Onun rəhbərliyi ilə formalaşmış qalib Ordumuz tam təminat verir”.

Oxunub: 279
Paylaş:
Digər xəbərlər

Gündəm

25-06-2024, 10:54

Güclü Azərbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır – Millət vəkili

Gündəm

6-08-2022, 08:11

Ermənistan Silahlı Qüvvələri torpaqlarımızdan çıxarılmalıdır - Prezident

Gündəm

30-06-2022, 09:21

Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi

Siyasət

24-06-2022, 10:37

Ölkənin hərbi qüdrətini artıran dövlət siyasəti.

Cəmiyyət

26-06-2020, 13:56

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 11:14
    Tanınmış həkimin səs yazısı yayıldı - Qanunsuz pul alır?
  • Bugün, 11:10
    Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıqlar verdi - VİDEO
  • Bugün, 11:08
    “İndi biz bu bayağılığa məğlubmu olacağıq?” - Rəşad Məcid narazıdır
  • Bugün, 10:46
    Yol polisi sürücülərə müraciət etdi
  • Bugün, 10:35
    "Xalq Bank"dan girovsuz biznes krediti
  • Bugün, 10:14
    Bu gündən MİQ-ə vakansiya seçimi BAŞLAYIR
  • Bugün, 10:08
    Xamenei ilə bağlı rəsmi bəyanat yayıldı: Pezeşkianla bağlı iddiaya REAKSİYA
  • Bugün, 09:56
    Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi - NƏTİCƏLƏR
  • Bugün, 09:55
    Qızıl və gümüş bahalaşdı
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • 3-08-2026, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • 3-08-2026, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • 3-08-2026, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • 3-08-2026, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • 3-08-2026, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə