• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır

Gündəm

23-07-2024, 14:57

Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır
Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir “Tarixi şəhərimiz olan Şuşa erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. Bugünlər isə Qarabağın incisi olan şəhərdə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Bütün bunlar beynəlxalq tədbirin önəmindən xəbər verir”.“Dovletxeberleri ” xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.Deputat bildirib ki, Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olunub. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ikinci dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış günündə bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və digər mövzularda çoxsaylı sualları cavablandırıb. Dövlət başçısının dediyi kimi, Azərbaycan haqqında beynəlxalq mediada dezinformasiyalar yayılır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə də belə hallar çox idi. Azərbaycan işğala məruz qaldığı halda belə, bizi bir sıra beynəlxalq meda təcavüzkar adlandırırdı. Burada məqsəd əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək və Azərbaycanın beynəlxalq müstəvidə imicinə zərbə vurmaq idi. Bu prosesdə xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və diasporu əsas rol oynayırdı. Ona görə də, Şuşa Forumunun müzakirə mövzusu çox aktual idi. Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır.Sevinc Fətəliyeva qeyd edib ki, cənab Prezident Azərbaycanla Ermənistan arasında sülh imkanlarından da ətraflı bəhs edib. Artıq tərəflər arasında sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Prezident İlham Əliyev bununla belə hələ iki məsələnin olduğunu bildirib. Dövlətimizin başçısı bildirib: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur”. İkinci məsələ isə odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Çünki həmin konstutusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Nikol Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etməsi isə bir da rəsmi İrəvanın sülhə maraqlı olmadığını göstərir. Əgər belə vəziyyət davam edərsə, itirən qarşı tərəf olacaq. Çünki sülh olmasa Ermənistanın heç bir gələcəyi yoxdur.

“Bütövlükdə, Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və bölgədə baş verən proseslərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm hadisədir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Oxunub: 351
Paylaş:
Digər xəbərlər

Gündəm

22-07-2024, 16:02

Prezident Şuşada xarici mediaya çox mühüm mesajlar verdi - Millət vəkili Arzu Nağıyev

Gündəm

21-07-2024, 15:32

Arzu Nağıyev : Prezident İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışı mühüm çağırışlarla, mesajlarla zəngin oldu

Gündəm

21-07-2024, 07:31

Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Gündəm

14-03-2024, 10:35

Bakıda Qlobal Forumu keçirilir - Mərasimdə Prezident iştirak edir

Gündəm

11-03-2023, 06:55

Bakı Forumu son 10 ildə öz uğurunu sübut edib - Prezidentin köməkçisi

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Bugün, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
Dün, 09:11
Gəncədəki yanğın söndürüldü
4-05-2026, 10:20
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü - Foto
Son xəbərlər
  • Bugün, 15:17
    Ən sürətli yolda nişan qoyuldu - İlk dəfə
  • Bugün, 14:51
    Çavuşoğlunun qardaşı güllələndi
  • Bugün, 10:53
    Ali Məhkəmə filial müdiri ilə bağlı qərar verdi
  • Bugün, 10:01
    Dost ölkədə 160-dan çox azərbaycanlı həbsdədir - RƏSMİ
  • Bugün, 09:55
    Azərbaycan nefti 118 dollara düşdü
  • Bugün, 09:46
    Azərbaycandan Ermənistana daha bir məhsul göndəriləcək
  • Bugün, 09:43
    "Brent" ucuzlaşdı
  • Bugün, 09:42
    Şəkidə maşın aşdı, ölən və yaralananlar var
  • Bugün, 09:30
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Bugün, 09:27
    Ukrayna Ermənistana dron dəstəyi göstərir - İDDİA
  • Bugün, 09:25
    Bu gündən I sinfə qəbulu başlayır
  • Dün, 19:06
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 05.05.2026
  • Dün, 15:44
    Prezidentlə xanımı sərgilərlə tanış oldu
  • Dün, 11:39
    Prezidentin çıxışı qətiyyətli mövqeyimizi nümayiş etdirdi
  • Dün, 11:26
    Qubada rus mənşəli kəndlərin adları DƏYİŞDİRİLİR
  • Dün, 10:45
    Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edildi
  • Dün, 09:11
    Gəncədəki yanğın söndürüldü
  • Dün, 09:07
    Bakıda tıxac olan yolların SİYAHISI
  • Dün, 09:00
    Bakıda məscid yaxınlığında uşaq tapıldı
  • 4-05-2026, 15:42
    İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində çıxış edib - Tam mətn - YENİLƏNİB
  • 4-05-2026, 14:22
    Səyyar ASAN xidmət Tbilisiyə gedir
  • 4-05-2026, 10:37
    Avropa Siyasi Birliyinin Sammiti başlayıb
  • 4-05-2026, 10:20
    Türkiyədə azərbaycanlı tələbə qəzada öldü - Foto
  • 4-05-2026, 10:10
    Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz artıq İrəvandadır
  • 4-05-2026, 10:02
    Mayda qar, fırtına və sel gözlənilir - xəbərdarlıq
  • 4-05-2026, 10:01
    İşləyən şəxslərin pensiyası nə qədər artacaq? - Deputat AÇIQLADI
  • 4-05-2026, 09:59
    Apreldə 5 nəfər zəhərlənmədən ölüb
  • 4-05-2026, 09:55
    Prezident İrəvandakı sammitə onlayn qoşulacaq
  • 3-05-2026, 22:06
    Nərimanovda sökülən evin kompensasiyası ödənilmir – vətəndaş kömək istəyir
  • 1-05-2026, 17:01
    Prezident və ailəsi Bakıda açılışda
  • 1-05-2026, 16:52
    Partlayışda yaralanan həkim sağdır - RƏSMİ AÇIQLAMA
  • 1-05-2026, 16:38
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Beyləqan rayonunda keçirildi. 01.05.2026
  • 1-05-2026, 11:48
    Bu gündən balıq ovu qadağan edilir
  • 1-05-2026, 11:38
    Milli Məclis Avropa Parlamentinə qarşı komissiya yaratdı - YENİLƏNİB-1
  • 1-05-2026, 10:43
    “Semaşko”ya yeni direktor təyin olundu
Daha çox
Dün, 11:39
Prezidentin çıxışı qətiyyətli mövqeyimizi nümayiş etdirdi
3-05-2026, 22:06
Nərimanovda sökülən evin kompensasiyası ödənilmir – vətəndaş kömək istəyir
Dün, 19:06
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi. 05.05.2026
30-04-2026, 17:26
Milli Onkologiya Mərkəzində partlayış: ölən və yaralanan var
1-05-2026, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Beyləqan rayonunda keçirildi. 01.05.2026
30-04-2026, 15:11
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xüsusi həssas əhali qrupları arasında sağlam qidalanma ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə