• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Milyardları talayan “153 qəhrəman”... - Bankı “diz çökdürənlər” sırasında tanınmış şirkətlər və şəxslər var

Gündəm

5-03-2020, 13:09

Bir vaxtlar Azərbaycanın ən populyar və perspektivli banklarından olan "Bank Standard”ın nə zamansa talanıb müflis ediləcəyini güman edənlər çox az olardı...
Lakin lisenziyası əlindən alınan bank 2016-cı ilin oktyabrında rəsmən müflis elan olundu.

Bu prosesin gedişi və detalları ilə bağlı ötən saylarımızda geniş materiallarla çıxış etdiyimizdən, yenidən həmin detallara qayıtmaq istəmirik. Sadəcə, xatırladaq ki, bankın müflisləşməsində 1 milyard manatdan çox vəsaitin müxtəlif fiziki və hüquqi şəxslərin adına kredit şəklində götürülərək, qaytarılmaması əsas rol oynayıb. Mənimsənilən vəsaitlərin əsas hissəsi isə dövlətin, Mərkəzi Bankın, SOCAR-ın vəsaitləri, eləcə də sıravi vətəndaşların əmanətlərindən ibarət olub. Bu vəsaitlər ya aşağı faizlə, ya da ümumiyyətlə faizsiz və girovsuz kreditlər şəklində tar-mar olunub. Bankın pullarına "çökənlər” isə heç də təsadüfi şəxslər və şirkətlər deyil...

Məlum olub ki, bankın çökməsində əsas yer tutan şəxs və şirkətlərin sayı 153-dür. Bu barədə hələ ötən ilin sonlarında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov məlumat vermişdi: "Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır”.

Ancaq bu günə kimi nə həmin adamların və şirkətlərin adları rəsmən açıqlanıb, nə də onlara "gözün üstə qaşın var” deyən olub.

Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbərliyi banka borclu olan şəxs və firmaların adlarını bankın kommersiya sirri olduğunu əsas gətirərək, açıqlamaqdan boyun qaçırıb. Bu adların verilməsinin cinayət məsuliyyəti yaratdığını bildirib.

Lakin "AzPolitika.info” dövlətin, Mərkəzi Bankın, eləcə də sıravi vətəndaşların halal pulunun mənimsənilərək, böyük bir bankın talan edilməsinin dövlətin dayaqlarına təhlükə yaradan qat-qat daha böyük cinayət olduğunu nəzərə alaraq və ictimai maraqlardan çıxış edərək, sözügedən 153 şəxs və şirkətlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalarını davam etdirir.

Bu araşdırma "Bank Standard”dan külli miqdarda kredit götürüb qaytarmayan şəxslər və şirkətlərlə bağlı bəzi mətləbləri və adları üzə çıxarıb. Onların bir qisminin adları ötən saylarımızda dərc edilib. Araşdırmamız və əldə etdiyimiz yeni məlumatlar bu siyahıdakı bir neçə digər şəxs və firmaların adlarının ortaya çıxarılmasına imkan verib.

Ötən saylarımızda Dövlət Neft Fondunun sabiq icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu "AS Group İnvestment” şirkəti, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova aid olduğu deyilən "Caspian Real Estate Limited” MMC şirkətinin və digər bir neçə tanınmış şəxslərə aid şirkətlərin adları dərc olunmuşdu. Ancaq araşdırmamız davam edir.

Məlum olur ki, bankdan iri məbləğlərdə kredit götürüb qaytarmayanlar sırasında ən əsas liderlərdən biri də "MEGAFUN” MMC-dir. Bu şirkətin bankdan illik 6.5 faiz olmaqla, 18 milyon manat kredit götürdüyü, lakin bank müflisləşənə qədər bir qəpik də qaytarmadığı məlum olub.

Doğrudur, bu şirkət həmin kreditin müqabilində banka girov qoyub. Lakin əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, girovları real vəsaitə çevirmək elə də asan deyil və onların böyük əksəriyyətinin dəyəri bilərəkdən şişirdilib. Qeyd edək ki, bu şirkət "Azure Parking” Qrupuna aiddir.
Həmin qrupun isə sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə aid olduğuna dair məlumatlar yayılıb. Bu məlumatları dəqiqləşdirmək imkanımız olmadığından onların həqiqiliyini iddia edə bilmərik. Lakin sözügedən şirkətin "Bank Standard”ın müflisləşməsində özünəməxsus rol aldığı göz önündədir.

Maraqlıdır ki, bankdan böyük məbləğdə kredit götürüb ödəməyən şirkətlər arasında məşhur inhisarçı "Baku Steel Kompany” də var.

Bu şirkətin bank müflisləşərkən 3 kredit üzrə - 7.3 milyon manat, 4.9 milyon manat və 2.45 milyon manat olmaqla, külli miqdarda borcu qalıb. Bu kreditin birini çıxmaq şərtilə, digərləri girovsuz verilib. Həmin girov isə səhmlərdən ibarət olmaqla, cəmi 2.9 milyon manat təşkil edib.

Banka borclular arasında "liderlik” edənlərdən biri də "Azərkarton” MMC-dir. Şirkət faizsiz olmaqla Əhmədov Rauf Rəhim oğlunun adına 13.6 milyon ABŞ dolları, "Azərkarton” MMC adı ilə 2.97 milyon ABŞ dolları (girovsuz) kredit borcuna malikdir.

"Bank Standard”a ən böyük kredit borcu olanlar sırasında daha bir tanınmış şirkət isə "Riyad Farm” MMC-dir. Bu şirkət də kreditləri girovsuz və faizsiz götürüb.

Şirkət bank müflisləşərkən ona 21 (!) kredit müqaviləsi üzrə təqribən 53 milyon manat və 4 milyon ABŞ dolları miqdarında borclu qalıb. Özü də bu kreditlər girovsuz və faizsiz verilib. Maraqlıdır ki, bu kreditlər 20 milyon manatlıq müqaviləni çıxmaq şərtilə hamısı ayrı-ayrı fiziki şəxslərin və "İKAR S” MMC-nin adlarına sənədləşdirilib.

Borclular arasında "İmişli Quşçuluq” MMC də var. Bank müflisləşəndə bu şirkətin banka 1.1 milyon ABŞ dolları və 784 min manat borcu qalıb. Özü də bu kreditlər Beynəlxalq Bankın təminatı ilə verilib.

"Bank Standard”dan pul götürüb qaytarmayan məşhur şirkətlərdən biri də "Akkord İnşaat”dır. "Panorama İstirahət Kompleksi” MMC-nin adına götürülən 660 min manat kreditdən bank müflisləşənədək bir qəpik də qaytarılmayıb.


Bankın borcluları arasında adı geniş ictimaiyyətə məlum olmayan çoxsaylı şirkət və fiziki şəxslər də var ki, onların bir neçəsinin adlarını dərc edirik:

Babayev Niyaz Yaşar oğlu – 9 milyon 177 min ABŞ dolları (Heydər Babayevin qardaşı oğlu olduğu bildirilir)

"XORN LİMİTED” şirkəti – 7 milyon 883 min ABŞ dolları

"ECO PROD” MMC – 5 milyon manat

Rəhimova Gülnarə Kamran qızı – 4 milyon 760 min ABŞ dolları

Hüseynov Xaləddin Rəşid oğlu – 4 milyon 500 min manat

Əkbərov Fikrət Əsgər oğlu "F.İ.P” – 4 milyon 338 min ABŞ dolları

"Uğur-VF” MMC – 4.3 milyon manat.

7news.az

Xəbərnur

Oxunub: 800
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-02-2020, 18:10

Rumıniya Azərbaycandan qaz almaqda maraqlıdır

Siyasət

7-11-2019, 12:34

Yeni icra başçısı ilk dəfə sakinlərin qarşısında - Foto

İqtisadiyyat

17-10-2019, 09:38

Prezident bank sektorunu tənqid etdi — “İqtisadi artıma kömək göstərmir”

Siyasət

16-10-2019, 09:22

İlham Əliyev nazirləri topladı

İqtisadiyyat

10-10-2019, 11:14

Bazarda ən populyar avtomobil hansılardır?

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
Dün, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
5-05-2026, 09:11
Gəncədəki yanğın söndürüldü
Son xəbərlər
  • Bugün, 16:47
    Sədrin yeni müşaviri
  • Bugün, 15:06
    Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
  • Bugün, 14:41
    Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
  • Bugün, 14:26
    Köç karvanı Zəngilan şəhərinə çatdı
  • Bugün, 14:23
    TƏBİB-də dörd yeni təyinat - ADLAR
  • Bugün, 11:04
    Avropa liderləri İlham Əliyevdən nümunə götürür
  • Bugün, 11:02
    Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq
  • Bugün, 10:57
    156 ailə doğma yurduna qayıtdı
  • Bugün, 10:52
    Zakir Həsənov PUA hücumunu izlədi
  • Bugün, 10:47
    Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü
  • Bugün, 10:32
    Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
  • Bugün, 10:30
    Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək
  • Bugün, 10:26
    Yol polisi sürücülərə müraciət etdi
  • Bugün, 10:24
    “Azeri Light” bahalaşdı
  • Bugün, 10:19
    “Azeri Light” bahalaşdı
  • Bugün, 10:11
    Azər Əhmədov vəzifəsindən azad edildi
  • Bugün, 10:09
    Şəhid hərbçilərimiz Füzulidə dəfn olunacaq
  • Bugün, 10:06
    Binədə işıqdan sonra qaz da kəsiləcək
  • Dün, 14:07
    Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək
  • Dün, 14:03
    Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
  • Dün, 10:45
    Zəngilandan dünyaya sülh və ədalət mesajları
  • Dün, 10:43
    Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
  • Dün, 10:40
    Rusiya erməni diasporuna yeni rəhbər gətirir
  • Dün, 10:36
    Azərbaycanda yeni universitet açıla bilər
  • 10-05-2026, 12:47
    Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
  • 8-05-2026, 18:16
    Bu gün, 8 may Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olmasının ildönümü ilə əlaqədarailə üzvləri qonağımız oldular
  • 8-05-2026, 16:50
    "Qarabağ" 70 min manatdan çox cərimələndi
  • 8-05-2026, 16:31
    Ümummilli Lider Heydər Əliyev — Müasir Azərbaycanın Qurucusu və Xalqın Əbədi Lideri
  • 8-05-2026, 15:08
    Deputatlar yenidən toplaşırlar - Gündəlikdə 8 məsələ var
  • 8-05-2026, 14:42
    Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
  • 8-05-2026, 11:50
    Ali Məhkəmə ikinci nikahı hansı əsasla etibarlı saydı? – Qərar
  • 8-05-2026, 10:30
    ABB ötən ilin hesabatını verdi
  • 8-05-2026, 10:28
    “Azeri Light” bu gün neçəyə satılır?
  • 8-05-2026, 10:26
    Naxçıvanda pensiyalar ödənildi
  • 8-05-2026, 10:13
    Bu gün işdən 1 saat tez çıxacağıq
Daha çox
8-05-2026, 16:31
Ümummilli Lider Heydər Əliyev — Müasir Azərbaycanın Qurucusu və Xalqın Əbədi Lideri
7-05-2026, 10:20
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu İsmayıllı rayonunda keçirildi. 06.05.2026
10-05-2026, 12:47
Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Bugün, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
7-05-2026, 14:04
Maaşınızı bu tarixdən istənilən kartdan ala biləcəksiniz - detallar
8-05-2026, 18:16
Bu gün, 8 may Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şəhid olmasının ildönümü ilə əlaqədarailə üzvləri qonağımız oldular
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə