• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qərbi Azərbaycanla bağlı yeni qanunlar qəbul EDİLƏ BİLƏR

Gündəm

24-10-2024, 09:59

Qərbi Azərbaycanla bağlı yeni qanunlar qəbul EDİLƏ BİLƏR
Milli Məclisin yeni çağırışında ən çox müzakirə olunan mövzulardan biri də Qərbi Azərbaycana qayıdış olacaq. Milli Məclisin spikeri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb. Qrupun rəhbəri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli olacaq.



Parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.



Qeyd edək ki, Təşəbbüs Qrupunun ilk iclası tezliklə keçiriləcək. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı mina terroru və müharibəni davam etdirir, bunun üçün sürətlə silahlanır: "Proseslərin fonunda İcmanın müraciəti ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təklifi qəbul edildi. İnanıram ki, Təşəbbüs Qrupu öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışacaq".



Təşəbbüs Qrupunun yaradılmasını şərh edən Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, parlament təşəbbüs qrupunun yaradılması ilə məsələnin ciddiliyini bir daha beynəlxalq ictimaiyyətə çatdırır:



"2022-ci ildə cənab Prezident öz ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışını edib. Açılış zamanı Prezidentin Qərbi Azərbaycana qayıdışın yol xəritəsini cızan bir konseptual çıxışı oldu. O çıxış əsasında qayıdış konsepsiyası hazırlanıb. Qərbi Azərbaycan İcması daha da güclənib, təşkilatlanıb və öz səsini beynəlxalq tribunalardan səsləndirməyə başlayıb. Bu ciddi addımın davamı olaraq VI çağırış Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələsi ilə əlaqədar beş xüsusi dinləmə olub. Təbii ki, bu addımların, eləcə də Qərbi Azərbaycan İcmasının həm ölkəmizdə, həm də ölkəmizdən kənarda keçirdiyi çoxsaylı tədbirlərin, yazılan məqalələrin, kitabların, aparılan müzakirələrin böyük beynəlxalq əhəmiyyəti var. Artıq Qərbi Azərbaycan İcmasının səsi dünya platformasında eşidilir. Bizim bir çox bəyanatlarımız BMT-nin sənədi kimi yayılıb. Növbəti addım kimi Qərbi Azərbaycana qayıdış məsələsinin hüquqi əsaslarının hazırlanması və buna daha çox siyasi dəstək və siyasi rəng vermək əsas məqsəddir. Bu,yalnız Qərbi Azərbaycan İcmasının yox, eyni zamanda artıq deputat qrupunun təşəbbüsüdür. Məhz bu da məsələnin ciddiliyini bir daha beynəlxalq təşkilara çatdırır".
Qərbi Azərbaycanla bağlı yeni qanunlar qəbul EDİLƏ BİLƏR
Komitə sədri vurğulayıb ki, Milli Məclisdə yaranan təşəbbüs qrupu ehtiyac olarsa, bu istiqamətdə qanunlara əlavə və dəyişiklik edilməsi, yaxud yeni qanun qəbul olunması məsələlərinə baxa bilər:



"Ermənistan hökumətinin bu məsələyə məsuliyyətli yanaşmasını, eyni zamanda beynəlxalq hüquq çərçivəsi normaları daxilində prosesin həllinə öz münasibətini bildirməlidir. Bu, heç də Azərbaycanın Ermənistana ərazi iddiası deyil. Amma 1918, 1948-52, eləcə də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların geri qayıtması beynəlxalq hüquq normalarına uyğundur. Qərbi Azərbaycan İcması da bu istiqamətdə öz fəaliyyətini aparacaq. Eyni zamanda Milli Məclisdə yaranan təşəbbüs qrupu da ehtiyac yarandığı halda məsələyə aid qanunlara əlavə və dəyişiklik edilməsi, yaxud yeni qanun qəbul olunması kimi məsələlərə baxa bilər. Eyni zamanda beynəlxalq platformalarda artıq deputat təşəbbüs qrupu kimi məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Lazım gələrsə, Ermənistanın müxtəlif qurumları ilə müzakirələr də aparmaq məncə, ola bilər. Bu da təşəbbüs qrupunun yəqin ki, öz əsasnaməsində müəyyən məsələlər kimi həllini tapa bilər. Bütövlükdə bu, artıq Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycana qayıtmaq istəyənlərin yeni bir platformada institutlaşması üçün çox vacib addımdır. Bundan sonrakı addımlarımız da yəqin ki, daha qətiyyətli olacaq. Biz son məqsədimiz olan ata-baba yurdlarımıza ləyaqətli qayıdışın təmin olunmasına nail olacağıq".

Oxunub: 226
Paylaş:
Digər xəbərlər

Gündəm

6-08-2024, 21:31

Laçında Qərbi Azərbaycanlılarla görüş

Cəmiyyət

2-04-2024, 11:13

Qərbi Azərbaycandan olan qaçqınlara güzəştlər verilə bilər - Deputatlar müzakirə edir

Cəmiyyət

31-10-2023, 12:17

Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb

Gündəm

24-10-2023, 09:50

Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurda yer adları dəyişdiriləcək - EKSKLÜZİV

Siyasət

22-09-2023, 10:11

Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Dün, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • Dün, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • Dün, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • Dün, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • Dün, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • Dün, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • Dün, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • Dün, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • Dün, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • Dün, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Dün, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • Dün, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • Dün, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • Dün, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • Dün, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • Dün, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • Dün, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • Dün, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Dün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Dün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Dün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Dün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Dün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Dün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Dün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • 6-08-2026, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • 6-08-2026, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • 6-08-2026, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • 6-08-2026, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • 6-08-2026, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • 6-08-2026, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • 6-08-2026, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • 6-08-2026, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • 6-08-2026, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
1-08-2026, 11:35
Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
4-08-2026, 15:54
"Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə