Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Məlumata görə, qatar stansiyaya çatmamış dayandırılıb.
Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.
Məlumatı saytımıza açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.
O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.
"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.