
Bakıda saxta pul hazırlayan şəxsin həbs müddəti uzadılıb.
Musavat.com xəbər verir ki, hazırladığı saxta pulla telefon alan zaman həbs edilən 27 yaşlı Qüdrət Bayramov məhkəmə önünə çıxarılıb.
Yasamal Rayon Məhkəməsi Qüdrət Bayramov barəsində seçilmiş həbs-qətimkan tədbirini 3 ay müddətini uzadıb.
Q.Bayramov bu il yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşovdan mobil telefon alan zaman ona 500 manat saxta pul verib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Qüdər Bayramovun daha əvvəllər də oğurluğa görə məhkumluq həyatı yaşadığı məlum olub.
Qüdrət Bayramova qarşı Cinayət Mcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.