Paytaxtın Nəsimi və Səbail rayonlarının kəsişməsində ağac yola aşıb.
Xəbər verilir ki, ağacın aşması nəticəsində yol tamamilə bağlanıb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, hazırda paytaxtda güclü külək müşahidə olunur.