Türkiyədə sel fəlakətindən ölənlərin sayı 55 nəfərə çatıb.
Xəbər verilir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Kastamonu vilayətində 46, Sinopda 8, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.
***
20:05
Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.
Xəbər verilir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, faciə qurbanlarının sayı 51 nəfərə çatıb.
Məlumata görə, Kastamonuda 43, Sinopda 7, Bartında 1 nəfər həlak olub.