Avtomobillə vurularaq ölən piyadanın şəxsiyyəti məlum olub.
APA xəbər verir ki, ölən piyada 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızıdır.
Onun meyiti müayinə olunması Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.
Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi 8 Noyabr prospektində baş verib.
Belə ki, prospektdə yolu keçən təxminən 20-25 yaşlı qızı minik avtomobili vurub.
Piyada xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilərkən dünyasını dəyişib. Hələlik onun şəxsiyyəti məlum deyil.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.