Nəsimi rayonunda yanğın olub.
APA xəbər verir ki, hadisə Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında qeydə alınıb.
Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürlülməsi istiqamətində işlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib.
Təhlükəsizlik tədbirləri görülür.