
Azərbaycan Gimnastika Federasiyası Polis günü ilə əlaqədar videoçarx təqdim edib.
XƏBƏNUR Trend-ə istinadən bildirir ki, videoçarxda azərbayanlı gimnastlar ölkəmizdə qanunun keşiyində dayananları peşə bayramı münasibətilə təbrik edib. İdmançılar polis əməkdaşlarına bəzən həyati risklə müşayiət olunan işlərinə görə dərin minnətdarlığını bildirib və onların işinin cəmiyyət üçün nə qədər vacib olduğunu vurğulayıb.
Ayxan Cavad