
Moskva "Dinamo"sundan ayrıldıqdan sonra klubsuz qalan Ramil Şeydayevə Səudiyyə Ərəbistandan təklif gəlib.
Xəbərnur xəbər verir ki, bu ölkənin futbol elitasını təmsil edən komandalardan biri yığma komandamızın hücumçusunu transfer etmək üçün hərəkətə keçib. Şeydayevin agenti ilə əlaqə saxlayan ərəblər ondan "yox" cavabını alıblar. Belə ki, Ramil 23 yaşında Səudiyyə Ərəbistanına yollanmaq istəmədiyini bildirib. Forvardın hələ ki, "Krılya Sovetov"dan cavab gözlədiyi məlum olub. Sportfm.az
Xəbərnur