Dünya yeni virusa hamilə oldu,
Kasıbın,kusubun bənizi soldu,
Spirt üçün aptekdə növbələr oldu,
Gəlmə ağrın alım bir ayaq saxla
Yayıldın canlara bir zəli kimi,
Gələrək olmusan bizlərdən biri,
Canlı ölülərik olsaq da, diri,
Gəlmə ağrın alım bir ayaq saxla
Birimiz nişanlı, birimiz evli,
Məzlum insanlara salmısan meyli,
Aldığın canların sayısı xeyli,
Gəlmə ağrın alım bir ayaq saxla
Qarşında alimlər çarəsiz qaldı,
Biçarə körpələr atasız qaldı,
Analar, atalar körpəsiz qaldı,
Gəlmə ağrın alım bir ayaq saxla
Vüsal Lətifoğlu
Analoq.az
Xəbərnur