• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

On minlərlə yəhudini xilas edən, zəhərlənərək öldürülən diplomatla bağlı MARAQLI FAKTLAR

Maraqlı

28-02-2021, 23:37

İkinci Dünya müharibəsi zamanı müəmma.lı hadisələrdən biri də Macarıstanda İsveç nümayəndəliyinin birinci katibi Raul Vallenberqin "SMERŞ" tərəfindən həbs olunaraq SSRİ-yə gətirilməsi olub.

On minlərlə yəhudini xilas edən, zəhərlənərək öldürülən diplomatla bağlı MARAQLI FAKTLAR


Milli.Az musavat.com-a istinadən bildirir ki, əslində, müharibə dövründəki beynəlxalq münasibətlərdə İsveç neytral bir mövqedə dayanıb və bu ölkə SSRİ ilə müharibə aparmayıb. Belə olduğu halda isveçli diplomatın SSRİ tərəfindən həbs edilməsi anlaşılmazdır. Bəzi araşdırmaçıların qənaətinə görə Raul Vallenberq Amerika kəşfiyyatına işləyib. Nəzərə alsaq ki, müharibə dövründə ABŞ və SSRİ müttəfiq olublar, bu halda da Raul Vallenberqin həbsi yenə də müəmmalı qalır və bu müəmma hələ də davam edir.

Qeyd edək ki, Raul Vallenberq Macarıstanda on minlərlə yəhudi ailəsinin xilaskarı kimi tarixə düşüb.
Raul Vallaeberq 1912-ci ildə Stokholm yaxınlığında, Lidinqo şəhərində anadan olub. Miçiqan Universitetində arxitektor ixtisası üzrə ali təhsil alıb. Rus, alman, ingilis, fransız dillərində sərbəst danışıb. O, 32 yaşına qədər Amerika Birləşmiş Ştatlarında, Avropa və Afrika ölkələrində bizneslə məşğul olub. Gənc yaşlarından uğurlu bir sahibkar kimi tanınıb.



1944-cü ildə Raul Vallenberq ölkəsinin xarici siyasət idarəsinə işə qəbul olunub və o, İsveçin Budapeştdəki daimi nümayəndəliyinin birinci katibi vəzifəsinə təyinat alıb. Bu təyinatı ilə Vallenberq üzərinə böyük bir missiya götürüb. Macarıstanda yaşayan yəhudilərin xilas edilməsi və düşərgələrə göndərilməməsi missiyasını. Artıq həmin dövrə qədər Macarıstanda 500 mindən artıq yəhudi məhv edilib, daha 200 min yəhudini də eyni aqibət gözləyib. Ancaq Raul Vallenberqin ciddi səyləri, açıq və gizli apardığı sənədləşmə on minlərlə yəhudinin həyatını xilas edib. Qeyd edək Raul Vallenberqin anası da yəhudi əsilli olub.

Gərgin hərbi və siyasi mühitdə çalışan Raul Vallenberq öz fəaliyyətinə görə nasistlər tərəfindən zərbə alacağını düşünsə də, o, tam əks istiqamətin hədəfinə çevrilib.

Sovet qoşunları Budapeşti öz nəzarəti altına götürdükdən sonra, 13 yanvar 1945-ci ildə Raul Vallenberq öz sürücüsü ilə birlikdə sovet patrulları tərəfindən həbs edilib. Onun hansı şəraitdə və harada həbs olunması ilə bağlı dəqiq məlumat yoxdur.

Versiyaların birinə görə Vallenbarq Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin binasında, digər versiyaya görə öz mənzilində həbs edilib. İsveçli diplomatın həbs ilə bağlı "SMERŞ"-in rəhbəri Viktor Abakumovun şəxsən göstərişi olub.



Raul Vallenberq həbs olunduqdan sonra Moskvaya gətirilib və "Lubyanka" təcridxanasında saxlanılıb.
Diplomatın "yoxa çıxması"ndan sonra İsveç hakimiyyəti onun harada olması ilə bağlı ciddi axtarış tədbirləri həyata keçirib. SSRİ tərəfi rəsmi olaraq bu haqda məlumatlı olmadıqlarını bəyan edib.

Həmin dövrdə SSRİ Xalq Komissarları Soveti sədrinin müavini Andrey Vışınskinin bununla bağlı İsveç rəsmilərinə göndərdiyi məktubda konkret cavab öz əksini tapıb:

"Sorğunuza cavab olaraq nəzərinizə çatdırırıq ki, Raul Vallenberq SSRİ-də deyil və sovet hakimiyyətinin bu hadisə ilə bağlı heç bir məlumatı yoxdur..."

Beləliklə, "yoxa çıxmış" diplomatın İsveç tərəfindən axtarışları uzun müddət nəticəsiz qalıb. Nəhayət, 1957-ci ildə Andrey Qromıko İsveçin SSRİ-dəki səfirinə Raul Vallenberqin 1945-ci ildə SSRİ-yə gətirilməsini etiraf edib. Bildirib ki, diplomat 1947-ci ildə təcridxanada ürək çatışmazlığından vəfat edib. Amma ortada heç bir təsdiqedici sənəd olmayıb.

SSRİ süquta uğrayandan sonra Raul Vallenberqlə bağlı yenidən araşdırmalar aparılıb, ortaya fərqli versiyalar çıxıb.



Versiyalardan birinə görə Raul Vallenberq Lavrenti Beriya ilə Henrix Himmler arasında gizli danışıqların aparılması üçün vasitəçiliyi öz üzərinə götürüb. Məhz bu səbəbdən də Abakumov Raul Vallenberqi həbs etdirib.

Digər bir versiyaya görə SSRİ-nin kəşfiyyat orqanları Raul Vallenberqi əməkdaşlığa dəvət edib. İsveçli diplomat sövdələşmələrə getmədiyindən onu həbs ediblər.

1991-ci ildə Raul Vallenberqin işinin araşdırılması ilə bağlı Rusiya-İsveç birgə komissiyası yaradılıb.

1993-cü ilin yanvar ayında İsveç tərəfi komissiyanın işinin nəticələrini belə açıqlayıb:
"Raul Vallenberq SSRİ xalq komissarı Nikolay Bulqaninin yazılı əmri ilə İkinci Ukrayna cəbnəsinin komandanı Rodion Malinovski tərəfindən həbs edilib və Moskvaya göndərilib..."

Əslində bu araşdırmanın özündə də bir müəmma olub. Çünki İsveç tərəfinin araşdırmaçıları həbslə bağlı Viktor Abakumovun da yazılı əmrini əldə ediblər. Digər bir tərəfdən araşdırmalar nəticəsində o da məlum olub ki, Raul Vallenberq ürək çatışmazlığından deyil, qidasına zəhər qatılmasının nəticəsində ölüb.

SSRİ, sonralar isə Rusiya tərəfi İsveçin əldə etdiyi bu nəticələri qəbul etməyib. Bununla da, Raul Vallenberqin 76 il öncə "yoxa çıxması"nın müəmması bu günə qədər də sirr olaraq qalır.

Yeva Avraam Davudova

Oxunub: 970
Paylaş:
Digər xəbərlər

İdman

26-08-2020, 00:26

Gənclər Liqasında “Real” ilk kubokunu qazanıb

Siyasət

5-06-2020, 16:58

Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

Cəmiyyət

9-05-2020, 01:58

Alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir

Siyasət

2-05-2020, 00:48

Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU

Cəmiyyət

15-02-2020, 09:51

Siyavuş Novruzovun orden və medallarının siyahısı – Maraqlı faktlar

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə