• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Qurani-Kərim”lə Rusiyada kütləvi tanışlıq nə vaxtdan başladı?

Maraqlı

30-10-2019, 23:29

“Qurani-Kərim”lə Rusiyada kütləvi tanışlıq nə vaxtdan başladı?

Qurani-Kərimin rus ədəbiyyatında çox böyük rolu olub. Rus yazıçıları Qurandan bəhrələnərək, bunlar haqda əsərlərində də söz açıblar. Din.az bildirir ki, ümumiyyətlə bu dəfə Moderator.az-ın sizə təqdim etdiyi yazılarda “Qurani-Kərim”lə Rusiyada ilk kütləvi tanışlıqdan bəhs dəcəyik.

Belə ki, Quranla Rusiyada ilk kütləvi tanışlıq fransız tərcüməsi sayəsində olub. Rus dilinə ilk tərcümə isə Birinci Pyotrun dövründə Andre dü Riyenin fransızcaya tərcüməsindən (1647) Pyotr Posnikov tərəfindən 1716-cı ildə edilib. Slavyan-yunan-latın akademiyasının məzunu, Padua universitetinin fəlsəfə və tibb doktoru, dövrünün tanınmış maarifçisi olan Postinkovun tərcüməsində fransız nəşrindəki qüsurlar-bir sıra ifadə və hissələrin ixtisarı izlənilir. Qeyd edək ki, uzun müdət bu tərcümənin müəllifi D.Kantemir hesab olunub.

“Qurani-Kərim”lə Rusiyada kütləvi tanışlıq nə vaxtdan başladı?


Elə bu dövürdə Quranın fransızca həmin nəşrindən “Quran və ya Məhəmmədin Qanunu” adlı anonim tərcümə də nəşr olunur. 1790-cı ildə Quranın M.İ.Veryovkin tərəfindən edilmiş yeni tərcüməsi dərc olunub. A.Puşkin məhz bu tərcümə və fransız mətni əsasında “Qurana təqlidlər”ini yazıb. Ümumiyyətlə, bu tərcümələrin bəzilərindəki qüsur ilahi vəhy olan Quranın Peyğəmbərin kitabı kimi şəxsiləşdirilməsi Avropada yayılmış səhv mövqedən, islama yanlış münasibətdən gəlirdi.

Lakin az bir müddət sonra Qurana münasibət həm filoloji, həm də ədəbi-fəlsəfi fikirdə dəyişilir. Qeyd edəcəyimiz kimi, Puşkin, Tolstoy, Bunin ilsamı ruhən qəbul edərək dünyanı bir müsəlman kimi qavrayır, Hötü kimi Avropa mütəfəkkirləri Quranın “əyləncə və ya savadın artırılması üçün insan tərəfindən yazılmış kitab deyil”, Allahın Qanunu, ilahi kitab, Məhəmmədin isə son Peyğəmbər, Allahın elçisi olduğunu anlayır.
İyirminci əsrdə ən uğurlu tərcümələrdən biri məşhur şərqşünas İ.Kraçkovskiyə aiddir. (Коран. Перевод и комментарии И.Ю.Крачковского. М. 1963). Məna ilə bərabər ədəbi keyfiyyətləri, koloriti də saxlamağa cəhd etmiş İqnati Yulianoviç Kraçkovskinin tərcüməsi və şərhləri rus dilində Qurani Kərimin ən dəyərli nəşrlərindən sayıla bilər. Lakin 1963-cü ildə dərc olunmuş mətn işçi variantı idi, həyatının 30 ilini Quranın tərcüməsinə həsr etmiş Kraçkovskinin vəfatı tərcüməni tamamlamağa və əbədiləşdirməyə imkan vermir.

A.Q.Qafurovun, həmyerlimiz Elmir Quliyevin tərcümələri də xüsusi qeyd olunmalıdır. Qeyd edək ki, Quran Rusiya ərazisində yaşayan bir çox başqa xalqların da dilinə tərcümə olunmuş, eyni zamanda Avropa və Şərq ölkələrində də müsəlman üləmalarının iştirakı ilə rus dilində orijinal tərcümələr meydana çıxmışdır.

Rusiyada Qurani-Kərimin orijinalda nəşrinin də müəyyən ənənəsi var. Sank-Peterburqda Elmlər Akademiyası mətbəəsində İkinci Yekaterinanın qərarı ilə 1781-ci ildə Rusiyada ərəb şrifti ilə mətbəə yaradılmış və ilk dəfə Quranın ərəb dilində tam mətni çap olunmuşdur. Bundan sonra, 1789-1798-ci illərdə, Peterburqda həmin mətnin əlavə beş nəşri çıxıb. Xristian təəssübkeşlərinin müqavimətinə baxmayaraq, Yekaterinanın bu addımları Rusiyada müsəlmanlarla dövlətin münasibətlərinə müsbət təsir edib.

1800-cü ildə islam dini nəşrlərinə məhdudiyyətlər ləğv edilib, 1801-1802-ci illərdə ərəb şriftləri Peterburqdan Kazana gətirilərək, burada yaradılmış, 1829-1840-cı illərdə universitetin nəzdində fəaliyyət göstərmiş Asiya mətbəəsinə verilib. Kazanda artıq 1801-ci ildən Quranın ərəbcə nəşrinə başlanmış, 1859-cu ilə qədər burada Quran ümumilikdə 150 minlik tirajla dərc edilmişdir.

Yazının davamı var…

Vasif Əlihüseyn

Mənbə: Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabı.

Oxunub: 835
Paylaş:
Digər xəbərlər

Şou-biznes

31-10-2019, 12:56

BSU-dan Primakov müsabiqəsi haqda açıqlama

Maraqlı

30-10-2019, 23:33

QURANA DƏSTAMAZSIZ TOXUNMAQ, OXUMAQ VƏ YA QULAQ ASMAQ OLAR?

Maraqlı

30-10-2019, 23:28

CƏNNƏTLİK KİŞİLƏRƏ VERİLƏN «QIZLAR»!?

Hadisə

30-10-2019, 09:52

Bakıda ŞOK – Ana 16 yaşlı qızını evli kişi ilə bir yerdə tutub – VİDEO

Gündəm / Siyasət

14-10-2019, 11:04

"Vasim Məmmədəliyevin vəfatı hamımız üçün böyük itkidir" — Mehriban Əliyeva

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Son xəbərlər
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
  • Dün, 12:00
    Meşəyə insan gəlib... - Video
  • Dün, 11:57
    Mətbuat katibi Tibb Mərkəzindəki işindən ayrıldı
  • Dün, 11:54
    Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
  • Dün, 11:53
    Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
  • Dün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Dün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • 30-07-2026, 10:11
    Sabiq deputata vəzifə verildi
  • 30-07-2026, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • 30-07-2026, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • 30-07-2026, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • 30-07-2026, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • 30-07-2026, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • 30-07-2026, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • 30-07-2026, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • 30-07-2026, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə