• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ərinizin başqa qadınlara maraq göstərməsini istəmirsiniz? - Ətraflı məlumat xəbərdə

Maraqlı

20-02-2020, 16:46

Ərinizin başqa qadınlara maraq göstərməsini istəmirsiniz? - Ətraflı məlumat xəbərdə

Hər bir insan bilməlidir ki, biz hamımız mütəmadi olaraq təmizlənməliyik. Hətta ən lüks ev və gözəl mebelləri də mütəmadi olaraq təmizləmək lazımdır.

Evimiz çox gözəl olsa və meqapolisdən uzaq məsafədə yerləşsə də, toz yığılır. İnsanda da eyni hadisə baş verir. İstəsək də, istəməsək də insan bədəni və ruhu daimi olaraq həm həqiqi, həm də məcazi mənada çirkin təsirlərinə məruz qalır.

Publika.az xəbər verir ki, daimi təmizlənmə Şərq təbabətində və Şərq psixologiyasında çox vacibdir.

İnsan bədəni elə yaradılıb ki, gündüzlər qidaya ehtiyac duyur, axşamlar isə müəyyən miqdarda şlaklar ifraz edir. Odur ki, Şərq təbabəti gecə kremlərindən istifadə etməyi tövsiyə etmir. Dəri gecələr kremləri əmə bilmir, hətta oksigenin dəriyə daxil olub nəfəs almasına maneə törətdiyinə inanılır. "Ayurveda"da ( Hindistanda, həmçinin Cənubi, Cənub-Şərqi, və Qərbi Asiyada geniş yayılmış tibb sistemi) deyilir ki, xəstəliklərimizin 95%-i bağırsaqlarda şlaklar yığılmasından yaranır. Müasir britaniyalı alimlər bununla razıdır. Onlar da hesab edir ki, şlaklar maddələr mübadiləsini pozur.

Fiziki bədən təmizliyi üçün

Gündə ən azı 2 dəfə duş qəbul etmək lazımdır. Birincisi, səhərlər duş almalıyıq, çünki orqanizmimiz səhər saat 9-a qədər şlakları ifraz edir və biz bu müddətdən əvvəl yuyunsaq, onlar geri qayıtmağa başlayacaq. Gecələr isə gərginliyi azaltmaq üçün yatağa girməzdən 2 saat əvvəl duş qəbul etməliyik. Yatağa getməmişdən dərhal əvvəl dabanları soyuq su ilə yuyun, çünki gün ərzində ona mənfi enerji yığılır.

"Ayurveda"ya görə, bağırsaqların səhər təmizlənməsi çox vacibdir, bu səbəbdən də həzm prosesini qaydasına salmaq lazımdır.

Hər səhər dili təmizləmək lazımdır, çünki şlakların çoxu dişlər üzərində deyil, dildə yığılır. Gecə yatmazdan əvvəl zərərli və yağlı nə isə yemisinizsə, səhər duran kimi dilin üzərinə baxın – ağ maddə toplanacaq. Bu, çox zərərli və toksikdir. Bütün yoqlar səhər dillərini mütləq təmizləyir.

Sağlam qidalanmaq və yerli məhsullara üstünlük vermək vacibdir.

Əlbəttə ki, bədənin mütəmadi olaraq təmizlənməsi lazımdır. Bu zaman fiziki və ruhi xəstəliklərin çoxu onu tərk edir. İldə bir dəfə bağırsaq və qaraciyəri, ildə iki dəfə böyrəkləri təmizləyən detokslar həyata keçirin. Bədənin vəziyyəti zehnə təsir edir. Bədən çirklənmədiyi zaman insanın ağlına daha yaradıcı ideyalar gəlir və özünü daha yaxşı hiss edir. Şlaklar və funksiyası zəifləyən öd mənfi emosiyaların təzahürünü stimullaşdırırlar. Odur ki, onları orqanizmdən dərhal xaric etmək lazımdır.

Emosional səviyyədə təmizləmə

Emosional vəziyyət fiziki bədənə təsir göstərir. Odur ki, zehni və emosional problemləri də təmizləmək çox vacibdir. Hətta müasir həkimlər bir çox fiziki xəstəliklərin mənfi düşüncələrdən və duyğulardan meydana gəldiyi qənaətinə gəlib. Əgər hər hansı bir şəxs pessimist və ya başqası haqqında pis düşünürsə, bu, mütləq özünə də təsir göstərəcək.

Emosional təmizləmə üçün

Mənfi duyğulardan xilas olmağa cəhd edin. Hiddət duyğuları xüsusilə dağıdıcıdır, onlar bədəndə təhlükəli biokimyəvi prosesləri dərhal aktivləşdir. Odur ki, qeydinizə qalın və mənfi düşüncələrdən qaçın, çünki onlar həyatımızı çətinləşdirir.

Hətta emosiyalarınıza ciddi nəzarət etsəniz də başqasının təsiri altına düşə bilərsiniz. Fiziki bədəni ləkələyə bildiyiniz kimi, emosional bədəni də çirkləndirə bilərsiniz. Məsələn, neqativ və yaxud müasir psixologiyada deyildiyi kimi resursları olmayan qorxaq bir şəxslə söhbət etdiyiniz zaman bu ruh halına yoluxmuş ola bilərsiniz. Göründüyü kimi, bundan əvvəl siz sülh içində yaşayırdınız, amma ünsiyyətdən sonra eyni qorxuları keçirməyə başlayırısnız. Bütün bunlar emosional vəziyyəti pozur və bu problemlər zamanla fiziki səviyyədə özünü göstərməyə başlayır. İnsan həyatına müəyyən bir reallığı cəlb edir və nəticədə nə karyerada, nə də şəxsi həyatda heç bir nailiyyət qazana bilmir.

Xatirələrdən asılı olmayın

Xatirələr müəyyən təcrübənin reallaşdırılması üçün bizə lazımdır. Əgər biz iki dəfə eyni yolla getməyə cəhd etmişiksə və ikisində də yıxılmışıqsa, deməli, orada çuxur var. Bu, o deməkdir ki, üçüncü dəfə o yolla getmək lazım deyil. Bununla birlikdə insan əksər hallarda keçmiş haqqında heyfislənir və gələcək barədə xəyallar qurur. Amma bizə güc indi ilə yaşamaq üçün verilir. Enerjini ən çox neqativ xatirələr və incikliklər aparır. Məsələn, elə insan var ki, məktəblə bağlı acı xatirəsini heç vaxt unutmur, şüurlu şəkildə beynində saxlayır. Bəzi elmi tədqiqatlar hətta göstərir ki, xərçəng kimi bir çox ağır xəstəliklərə incikliklər səbəb olur. Xatirələri boğmaq və ya onlara məhəl qoymamaq lazım deyil. Amma xatirələr gəlirsə, onları rəngləmədən, emosional baxımdan bəzəmədən müşahidə etmək lazımdır; bəli, bu baş verdi və keçdi. Belə sxem çəkməyə dəyər: düz xətt çəkin və başınıza gələn bütün xoşagəlməz dövrləri qeyd edin. Bu nöqtələrdə çiçəklər və ya sizdə sevgiylə assosiasiya edilən başqa işarələr çəkin. Eşq enerjisinin bu dövrləri necə doldurduğunu təsəvvür edin. Ayini bir-iki dəfə səmimiyyətlə etsəniz, bir qayda olaraq mənfi fikirlər atılır.

Emosional təmizləmə üçün səhər-axşam duş almaq məqsədəuyğundur. Hətta suyun altında "Azarım-bezarım bu su ilə axıb getsin" demək olar. Bu, slavyan təbiblərin müalicə üsullarına daxildir. Eyni zamanda xoşagəlməz olan hər şeyin sizi su ilə birlikdə tərk etdiyini təsəvvür etmək lazımdır.

Daha sonra sizə faydalı nə isə öyrədə bilən maraqlı və müdrik insanlarla söhbət edin.

Yüngül meditasiya formaları çox faydalıdır. İndi bir çox insan fikirləşir ki, meditasiya ilə məşğul olmaq üçün ya yoq olmalı, ya da Himalay dağlarında yaşamalıdır. Ancaq belə deyil. Əgər axşam işdən kədərli gəlmisinizsə, meditasiya yolu ilə sakitləşməyə çalışın. Duş qəbul edib televizoru söndürün. Sükutda 10 dəqiqə oturub nəfəs texnikasını yerinə yetirin və ağlınızın səsini dinləyin.

Yoqlar iddia edir ki, "pranayama" sistemi (Nəfəs texnikası) ilə bütün mənfilər havaya sovrulub gedir. O cümlədən "Hər kəsə ilahi məhəbbət arzulayıram" və ya "Hər kəsə xoşbəxtlik arzulayıram" deməklə sevgi və xoşbəxtlik enerjisinin hər bir hüceyrəni necə sarsıtdığını hiss edə və sizdən digər insanlara ötürüldüyünü təsəvvür edə bilərsiniz. Sevgi selini ilk növbədə sizi incidənlərə ötürün, bu, şüuru təmizləyir.

Mənəvi səviyyədə təmizləmə

Mənəvi səviyyədə təmizləmə vəziyyətimizin harmonizasiyasıdır. Biz əsasən qarşılıqsız sevgi ilə yaşamağa məhkumuq. Həyatımızda eqoizm, neqativ emosiyalar və qorxu nə qədər çox olarsa, karma bir o qədər güclü pozulur.

Mənəvi səviyyədə təmizləmə üçün tövbə etmək lazımdır, bu, rahatlaşmağa çox kömək edir. Bir səhv etmisinizsə, onun mənfi təsirindən xilas olmaq tövbə etmək məcburiyyətindəsiniz. Başlıcası özünü, daha sonra isə sizi incidənləri bağışlaya bilmək çox vacibdir.

Əlavə olaraq təmənnasız fəaliyyət pis karmadan təmizləməyə kömək edir. Başqaları üçün faydalı bir iş görmək və bunu heç kəsin gözünə soxmadan etmək sizə qəlb rahatlığı vəd edir.

Hər işin qaydasında getdiyini göstərən iki əlamət mövcuddur:

Birinci: Həyatınızın hər keçən gün, hətta hər keçən saat daha da gözəlləşdiyini və daha yaxşı olduğunu hiss edirsiniz və bu, daimi bir hissdir. Bu dadlı nə isə yedikdən sonra və ya sekslə məşğul olduqdan sonra yaranan duyğulara bərabər deyil. Ümumiyyətlə, bu həyat hissi və daimi daxili əhval-ruhiyyədir.

İkinci: Hər ötən gün başqaları ilə münasibətləriniz yaxşılaşır.

Evin təmizlənməsi

Qədim Hindistanın Vastu təlimləri haqqında çox az adam eşidib. Onun slavyanlar tərəfindən yaradıldığına inanılır. İddia edilir ki, buddist rahiblər bu təlimin elementləri mənimsəyərək Çinə aparıb və orada Vastu əsasında Feng Şui təlimi formalaşdırıb.

Vastu təliminin əsas tövsiyələri

Evə zir-zibil yığılmamalıdır. Evin girişinin təmiz və gözəl olması xüsusilə vacibdir. Qapıda xarab nə isə və atılmış zibil varsa, bunun müsbət enerjini evə daxil olmasını çətinləşdirdiyinə inanılır.

Evin özünün də təmiz olması çox vacibdir. Əgər ev çirklidirsə, yığılan neqativ nəticəsində düşüncələr tıxanır və ailədaxili münaqişələr yaranmağa başlayır.

Evdə əlavə əşyalar olmamalıdır. Əlbəttə, ailə və ya dini əşyalara diqqət yetirməliyik. Amma digər hallarda köhnə əşyalar evə mənfi enerji cəlb edir. Slavyan inancları xəstə və ölən insana məxsus olan şeylərdən qurtulmağı tövsiyə edir.

Köhnə şeyləri atın, onlar təklik, bədbəxtlik və problem rəmzi sayılan Saturn enerjisinə malikdir. İçi istifadə olunmayan köhnə əşyalarla dolu şkaf imkan vermir ki, yeni enerji evə girsin. Və siz həqiqətən az qazanmağa başlayırsınız. Ən yaxşısı, istifadə olunmayan əşyaları ehtiyacı olanlara paylamaqdır. Bir qadın ikinci dəfə evlənərsə, digəri ilə görüşdüyü paltarları atması lazımdır. Bu, xüsusilə alt paltarlarına və yataq dəstlərinə aiddir. Bütün bunlar xarici enerji daşıyır və kişi şüuraltı bunu hiss edəcək. O, nə üçün qəzəbləndiyini bilmir, amma həyat yoldaşına qarşı münasibətində dəyişiklik hiss olunmağa başlayacaq.

Əvvəlki nikahdan qalan köhnə əşyaların yeni ailəni məhv etdiyinə inanılır. Əgər ciddi xəstəliyiniz varsa və həyati bir təhlükə yaranarsa, sağaldıqdan sonra xəstə ikən geyindiyiniz paltarları atmaq, yataq üzlərindən qurtulmaq lazımdır. Ancaq köhnə paltarları saxlamağın mümkün halları və lazım olduğu vəziyyətlər var. Məsələn, xoşbəxt nikahı olan bir qadının hər hansı paltarı ilə bağlı gözəl xatirələri varsa, onu saxlaya bilər. Belə bir geyimin qorunub saxlanılamasına icazə verilir, onu hətta qızına hədiyyə edə bilər, çünki bu, müsbət enerji daşıyır.

Qırıq və cırıq şeyləri təəssüfsüz atın

Evdə polyesterdən və sintetik kimi süni materiallardan hazırlanmış əşyalar mümkün qədər az olmalıdır. Ev üçün heç bir halda süni çiçəkləri almayın: onlar Venera enerjisini alıb evə yoxsulluq gətirirlər. Onlar yalnız dəfn mərasimi üçün alına bilər.

Evimizdən asılan şəkillər çox diqqətlə seçilməlidir. Ölümlə əlaqəli heç bir şey olmamalıdır. Divarlardan qeyri-harmonik rəsmlər asmayın. Bütün estetik rəsmlər, gözəl mənzərələr, çiçəklər şəkillər evdəki enerjiyə təsir edir. Gənclər öz otaqlarını sevimli musiqiçi və aktyorların posterləri ilə bəzəyir. Bu sırada yarıçılpaq qadınların və ya təcavüzkar, qəddar üzlü kişilərin təsvirləri çox zərərlidir, çünki şəkillər birbaşa şüuraltına təsir göstərir.

Evin həmişə gözəl və rahat olmasına diqqət edin. Təbii materiallardan hazırlanan zərif, gözəl əşyalar xoşbəxt evlilik və maddi rifah rəmzi sayılan - Venera enerjisini evə gətirir. Əgər evin dizaynı həddən çox sadə və minimalistdirsə, hansısa mərhələdə kişidə şüuraltı olaraq başqa qadınlara maraq yaranır. Çünki o, sevginin və rahatlığın enerjisinə ehtiyac duyur. publika.az

Xəbərnur

Oxunub: 874
Paylaş:
Digər xəbərlər

Maraqlı

19-02-2020, 23:24

Sevişmək istəyirsən? - Ətraflı məlumat xəbərdə

Maraqlı

15-02-2020, 14:07

Dodaqlar barmaq uclarından 200 dəfə həssasdır

Səhiyyə

5-11-2019, 11:26

Soyuq havaların ləziz yeməkləri — Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?

Hadisə

17-10-2019, 09:53

Bakıda külək, rayonlarda yağış olacaq

Hadisə

14-10-2019, 09:44

Bu gün hava necə olacaq? — PROQNOZ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Bugün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Bugün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Bugün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Bugün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Bugün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Bugün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Bugün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Bugün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bugün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Bugün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə