• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində...

Mədəniyyət

6-06-2020, 01:15

Sənət tarixində əbədiləşən aktyor


Günay Məlikli ilə əslində...

Bu gün görkəmli aktyor Hamlet Xanızadənin doğum günüdür


Teatr və kino sənətinin qüdrətli aktyorlarından olan Əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu can verdiyi obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth etdi ki, yaratdıqları həmişəyaşar oldu. Güclü yaradıcı potensiala malik olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu səbəbdən də müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmayaraq onun təqdim etdiyi obraz canlı və yaddaqalan alınırdı. Bunun başlıca səbəbi ondan ibarət idi ki, Hamlet rollarının daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi çatdırmağı bacarırdı.
Bu gün böyük sənətkarın anadan olmasından 79 il ötür.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci Dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.

Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".

Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.

Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib!

Günay Məlikli

Oxunub: 920
Paylaş:
Digər xəbərlər

Şou-biznes

19-05-2020, 18:28

"Şiş yenə qayıdıb" - Əməkdar artist

Mədəniyyət

29-02-2020, 10:11

Azərbaycanın xalq artisti vəfat etdi

Şou-biznes

18-02-2020, 13:40

Məşhur aktyor ağır itkisindən danışdı

Mədəniyyət

11-11-2019, 09:59

Canlı yayımda əməkdar artisti məsxərəyə qoydular — VİDEO

Mədəniyyət

7-10-2019, 10:34

4 ay əvvəl evlənən aktyor ata oldu

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Son xəbərlər
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
  • Dün, 12:00
    Meşəyə insan gəlib... - Video
  • Dün, 11:57
    Mətbuat katibi Tibb Mərkəzindəki işindən ayrıldı
  • Dün, 11:54
    Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
  • Dün, 11:53
    Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
  • Dün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Dün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • 30-07-2026, 10:11
    Sabiq deputata vəzifə verildi
  • 30-07-2026, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • 30-07-2026, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • 30-07-2026, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • 30-07-2026, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • 30-07-2026, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • 30-07-2026, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • 30-07-2026, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • 30-07-2026, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə