Abşeron rayonu Qobu qəsəbə uşaq incəsənət məktəbinin şagirdləri Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin ev-muzeyində konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, məktəbin şagirdləri Ü.Hacıbəylinin bəstələdiyi Dövlət himni, “Qara göz” mahnısı, “Döyüşçülər marşı”, “Arşın mal alan” filmindən Asiyanın mahnısı, “Lay-lay”, “Qızlar xoru”, “Cəngi”, “Sonata”, “Bayatı-şiraz” muğamını, “Leyli və Məcnun” operasından “Ərəb marşı”, “Uzundərə rəqsi” və digər əsərləri səsləndiriblər.
Sonra məktəbin müəllim və şagird kollektivi Bülbülün Bakıda yerləşən ev-muzeyini də ziyarət ediblər.
Xəbərnur