• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ən böyük elektrik stansiyası

Siyasət

25-06-2025, 17:06

Ən böyük elektrik stansiyası
Ən böyük elektrik stansiyası

Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri çərçivəsində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək “8 Noyabr” Elektrik Stansiyasının açılışının çox gözəl hadisə olduğunu bildirib. Ölkə rəhbəri qeyd edib ki, ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının ölkəmizdəki ən böyük elektrik stansiyası olduğunu vurğulayıb. 1880 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcəyini, enerji sisteminin səmərəliliyini artıracağını bildirib. Ölkə başçısı əlavə edib ki, hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.
“Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini demək olar ki, sıfırdan qurmuşuq” - deyən Prezident İlham Əliyev ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulduğunu , eyni zamanda, Mingəçevirdə də yenidənqurma işlərinin aparıldığını bildirib.
Dövlətimizin başçısı 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməlinin qoyulduğunu , 2020-ci il iyunun 25-də stansiyaya yeni həyat verildiyini vurğulayıb. Ölkə başçısı həmçinin diqqətə çatdırıb ki, hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur.
Çıxışında ölkəmizin İtaliya və Çinlə olan münasibətlərinə toxunan prezident İlham Əliyev Azərbaycanın hər iki ölkəylə strateji tərəfdaş olduğunu bildirib. İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşı, Çin də ölkəmizin ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdə olduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl, Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başladığını diqqətə çatdırıb.
Prezident Ilham Əliyev “8 Noyabr” Stansiyasının istismara verilməsinin bir çox məqsədləri təmin edəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik.
Ölkə başçısı çıxışında Azərbaycanın ətrafında demək olar ki, münaqişələrin səngimədiyini, əksinə, yeni münaqişə zonalarının açıldığını bildirib. “Biz də müharibə nədir, yaxşı bilirik”- deyən Prezident İlham Əliyev torpaqlarımızın uzun illər işğal altında olduğunu və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi də unutmadığını bildirib.
Çıxışında Ermənistanın hərbi cinayətlərinə toxunan dövlətimizin başçısı İkinci Qarabağ müharibəsindən əvvəl ölkəmizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistanın Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdiyini, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutu olduğunu diqqətə çatdırıb. Bunun, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz və hərbi cinayət olduğunu bildirib. Ermənistanın hərbi cinayətlərinin təkcə bununla məhdudlaşmadığını söyləyən Prezident İlham Əliyev qeyd edib ki, həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.

Zabit Məmmədov
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

Oxunub: 433
Paylaş:
Digər xəbərlər

Gündəm

24-06-2025, 15:00

Prezident “8 Noyabr” Elektrik Stansiyasının açılışında - Fotolar - Yenilənib

Gündəm

24-06-2025, 09:53

“8 Noyabr” Cənubi Qafqazın energetika mərkəzi statusunu gücləndirəcək

Gündəm

28-09-2023, 14:02

İlham Əliyev Su Elektrik Stansiyasının açılışında

Gündəm

25-10-2022, 14:13

Prezident enerji təminatı ilə bağlı SƏRƏNCAM VERDİ

Siyasət

25-06-2020, 12:16

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə