• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR

Siyasət

8-08-2025, 15:59

907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR
Bir neçə saatdan sonra ABŞ rəhbəri Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü baş tutacaq. Görüş zamanı tarixi əhəmiyyətə malik sənədlərin imzalanması və mühüm bəyanatların səsləndirilməsi gözlənilir. Artıq öncədən elan olunduğu kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılacaq.

Görüşdə ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.

Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Modern.az-a açıqlamasında bildirib ki, ABŞ-ın bu prosesdəki rolu xüsusi əhəmiyyət kəsb edir və bu da Vaşinqtonda bugün keçiriləcək görüşdə daha aydın şəkildə özünü göstərəcək.

“Eyni zamanda Azərbaycan-ABŞ münasibətləri də yeni bir mərhələyə qədəm qoyur. İki ölkə arasında bir neçə istiqamətdə strateji tərəfdaşlığın inkişafı üçün ciddi imkanlar yaranıb.

Bu kontekstdə ABŞ artıq 907-ci düzəlişlə bağlı mövqeyini açıqlayıb. Bu gün informasiya məkanında 907-ci düzəlişin ləğvi məsələsi daha geniş müzakirə olunmağa başlayıb. Gözlənilir ki, bu istiqamətdə Donald Tramp tərəfindən rəsmi qərarın verilməsi də mümkündür.

O həmçinin əlavə edib ki, hazırkı mərhələdə Azərbaycan və ABŞ arasında münasibətlər elə bir səviyyəyə çatıb ki, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün maneçilik yaradan 907-ci düzəliş artıq ləğv olunmalıdır. Onun sözlərinə görə, gələn müsbət siqnallar da bu düzəlişin ləğv olunacağını deməyə əsas verir.

“Qeyd edək ki, 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana istənilən formada - iqtisadi, texniki və humanitar sahələrdə birbaşa yardım göstərməsini qadağan edən hüquqi normadır. Bu düzəliş 1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsi dövründə qəbul olunub və uzun illər Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsinə əngəl yaradıb.

Tarixə nəzər saldıqda da görmək mümkündür ki, bəzi hallarda bu düzəlişin tətbiqi müvəqqəti dayandırılıb. Lakin bu, daimi xarakter daşımayıb və istənilən vaxt yenidən qüvvəyə minə bilərdi”.

Son olaraq A.Allahverənov qeyd edib ki, 907-ci düzəliş faktiki olaraq Azərbaycana birbaşa maddi yardımların göstərilməsini qadağan edir və iki ölkə arasında münasibətlərin inkişafına əngəl törədir. Onun ləğv olunması isə strateji baxımdan mühüm əhəmiyyət daşıyır:

“Bu, Azərbaycan-ABŞ münasibətlərinin yeni, daha geniş və səmərəli bir müstəviyə keçidini təmin edəcək.

Paralel olaraq, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması istiqamətində də ciddi irəliləyişlərin əldə olunması gözlənilir. Əgər bu yeni mərhələyə keçid təmin olunarsa, ABŞ faktoru post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində mühüm rol oynayacaq.

Xüsusilə, Zəngəzur dəhlizinin istismarı məsələsində ABŞ-ın iştirakı birbaşa olacaq. Bu baxımdan, 907-ci düzəlişin ləğvi həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazda Azərbaycan-ABŞ-Ermənistan əməkdaşlığı üçün yeni imkanlar açacaq. Bu da, təbii olaraq, müsbət və strateji baxımdan əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər”.

Oxunub: 274
Paylaş:
Digər xəbərlər

Siyasət

8-08-2025, 15:10

Vaşinqton perspektivi: Cənubi Qafqaza yeni diplomatik paradiqma

Siyasət / Dünya

14-04-2025, 11:45

Tramp-Ərdoğan görüşü üçün iki ssenariyə baxılır

Dünya

20-01-2025, 10:25

ABŞ-ın ən yaşlı prezidenti bu gün and içəcək

Dünya

6-11-2024, 14:47

Trampın qələbəsi erməniləri MƏYUS ETDİ

Siyasət

2-12-2023, 14:37

Spiker Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış etdi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə