• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şanxayda Əliyev-Paşinyan görüşü GÖZLƏNİLİR

Siyasət

29-08-2025, 15:09

Avqustun 31-dən sentyabrın 3-dək Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclası keçiriləcək. Sammit təşkilatın indiyədək ən böyük toplantısı hesab olunur.

Şanxayda Əliyev-Paşinyan görüşü GÖZLƏNİLİR

Sammitə 26 ölkənin lideri və 10 beynəlxalq təşkilatın rəhbəri dəvət edilib. Rəsmi açıqlamalara görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Hindistan Baş naziri Narendra Modi, Pakistan baş naziri Şahbaz Şərif, eləcə də Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistanın dövlət başçıları iştirak edəcəklər. Bundan başqa, Belarus ilk dəfə üzv dövlət kimi masada yer alacaq.

Azərbaycan və Ermənistan liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşüb-görüşməyəcəyi müzakirə mövzusudur.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ehtimallara görə, Prezident İlham Əliyevlə Ermənistan Baş naziri arasında Şanxayda görüş keçiriləcəyi gözlənilir:


“Paşinyan Vaşinqtondan ölkəsinə “ev tapşırığı” ilə qayıdıb. Bu baxımdan, belə demək mümkündürsə, top onlardadır. Onlar bu və ya digər addımları atmalıdır. Bəli, İrəvandan müxtəlif ziddiyətli bəyanatlar səslənir. Amma gözləyək, görək. Çünki Qarabağ mövzusu ilə bağlı ümidverici bəyanatlar da mövcuddur. Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Şanxayda görüş zərurət olduğu halda baş tuta bilər. Ən əsası Zəngəzur dəhlizi (TRIPP) ilə əlaqədar məsələlərlə bağlı İran Prezidentinin İrəvana səfəri olub. Biz görürük ki, İran rəsmilərinin mövqeyi bu məsələdə müsbətdir. Digər bir vacib oyunçu Türkiyədir. Çünki İrəvan Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Amma Türkiyə və Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu sinxron şəkildə baş versin. Yəni müsbət inkişaf olduğu halda, həm Türkiyə, həm də Azərbaycan sərhədlərin açılmasının tərəfdarıdır. Digər bir nüans Ermənistan ərazisindən keçən "Tramp yol"na nəzarət edəcək ABŞ şirkəti ilə bağlıdır. Bəli, danışıqlar şirkətlə Ermənistan arasında gedir. Lakin eyni zamanda, Azərbaycanın bu məsələdə şərtləri var. Azərbaycanın birbaşa iştirakı olmasa belə, bu və ya digər məsələnin həlli rəsmi Bakı üçün vacibdir. Bu mövzular aktualdır. Mən proseslərin içərisində deyiləm, dəqiq danışa bilmərəm, amma ehtimal kimi deyə bilərəm. Bu məsələlərlə bağlı iki liderin Şanxay platformasından istifadə edib görüşəcəyini ehtimal edə bilərik”.

Sabiq nazir vurğulayıb ki, Şanxay platforması olduqca vacibdir:

“Çünki dəhlizin işlək vəziyyətdə olmasını ən çox istəyən Çindir. Bu da vacibdir. Biz indi görürük ki, İran və Rusiya da bu məsələdə maraqlı tərəflərdir. Təbii ki, burada Şimal-Cənub dəhlizi nəzərdə tutulur. Ermənistanla ABŞ şirkəti arasındakı təmaslar danışıqlarda əks olunacaq. Vaşinqton görüşü bir çox məsələlərə cavab verdi və orada mövqe aydınlaşdı. Görüş nəticəsində gələcəkdə baş verəcək hadisələrlə bağlı təsəvvür aydınlaşıb. Çoxlu məqamlar var ki, onların da dəqiqləşməsinə ehtiyac var”.



Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Məmmədova bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri elə bir mərhələyə gəlib çatıb ki, artıq iki ölkə liderinin bir araya gəlməsi üçün heç bir maneə qalmayıb:

"Amma biz ikitərəfli görüşün baş tutmasının çətin olduğu dövrləri də görmüşük. Tərəflərin dialoqdan imtina etdiyi vaxt da olub. Artıq həmin mürəkkəb mərhələ geridə qalıb. Vaşinqton razılaşmasından sonra münasibətlərdə tam yeni səhifə açılıb. “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində cənab Prezident də bəyan etdi ki, Vaşinqton görüşündə sülh sazişinin paraflanması müharibənin, münaqişənin sonu oldu.

“Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Bu sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir”.

Xanım deputat söyləyib ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi mümkündür:

"Sülh sazişinin paraflanması, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi prosesdə dinamika yaradıb. Bu dinamika fonunda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında tərəflərin yenidən bir araya gəlməsi mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərləri iştirak etdikləri istənilən platformada bir araya gələ bilərlər. Çünki normallaşma prosesində açıq qalan heç bir məsələ yoxdur. Ermənistan növbəti öhdəlikləri yerinə yetirməlidir. Bu proseslə bağlı Azərbaycan tərəfini məlumatlandırmaq yalnız fayda gətirər".

Oxunub: 151
Paylaş:
Digər xəbərlər

Gündəm

24-10-2024, 11:22

Liderlər BRICS sammitinə belə gəldilər - VİDEO

Siyasət / Dünya

3-07-2024, 07:54

Sabah dünyanın diqqəti bu görüşdə olacaq...

Siyasət / Dünya

2-07-2024, 20:40

Astana sammiti: Hansı ölkələrin liderləri iştirak edəcək...

Gündəm

6-10-2022, 09:05

İlham Əliyev və Ərdoğan Paşinyanla görüşəcək

Siyasət

15-10-2019, 10:53

Bakıda Türk Şurasının VII Zirvə Görüşü başlayır

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Bugün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Bugün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Bugün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Bugün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Bugün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Bugün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Bugün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Bugün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Bugün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Bugün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Bugün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Bugün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Bugün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Bugün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə