• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İrəvandan qayıdan azərbaycanlılar Modern.az-a danışdılar: Ermənilər də Bakıya gələcək

Siyasət

23-10-2025, 10:36

İrəvandan qayıdan azərbaycanlılar Modern.az-a danışdılar: Ermənilər də Bakıya gələcək
Ötən gün Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Onlar Ermənistan nümayəndələri, həmçinin rəsmi şəxslərlə görüşüblər.

Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Erməni tərəfdən isə müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Tədbir Vaşinqtonda 8 avqust 2025-ci ildə qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəlilədilməsinə yönəlib və bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olub.

Modern.az görüşdə iştirak edən azərbaycanlı QHT sədrlərilə həmsöhbət olub.



Saytımıza açıqlamasında Dilarə Əfəndiyeva bildirib ki, görüş çox səmərəli keçib:

“Məqsəd vətəndaş cəmiyyətlərini artıq sülh prosesinə cəlb etmək və onun istiqamətlərini müzakirə edib üzə çıxarmaq idi. Təbii ki, birgə bəyanat çərçivəsində bütün işlər həyata keçiriləcək. QHT-lər planlaşdırmalı və çalışmaladılar ki, erməni tərəfi ilə işbirliyi qursunlar. Bundan savayı, öz cəmiyytimizlə də işləməliyik. Görüləsi işlərimiz çoxdur.

D.Əfəndiyeva Ermənistan nümayəndələrinin də Azərbaycana gələcəyini istisna etməyib: “Erməni nümayəndə heyəti nə vaxtsa gələcək. Lakin hələ tarix müəyyən edilməyib. Təbii ki, bu proses qarşılılqı olmalıdır. Sonuncu görüşümüz olmamalıdır. Bu layihə genişlənməlidir. Prosesə başqa QHT-lər də daxil eiləcək. Vətəndaş cəmiyyət tək biz deyilik ki...”

Dilarə Əfəndiyeva İrəvanda yaxşı qarşılandıqlarını söyləyib: “Münasibətləri də çox yaxşıydı. Biz insanlar tərəfindən də heç bir təhdid görmədik”.



Fərhad Məmmədov isə vurğulayıb ki, görüş zamanı bir çox məsələlər müzakirə olunub:

“Bu, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşüydü. Görüşə hökumətlər də dəstək verdilər. Təşkilatçılıq baxımdan hər iki hökumət səy göstərdi. Son 25-30 ildə ilk dəfəydi ki, Azərbaycana məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Görüş zamanı bir çox məsələlər müzakirə edildi. Onsuz da biz müəyyən beynəlxalq tədbirlər çərçivəsində xarici təşkilatların təşkil etdiyi müzakirələrdə Ermənistandan olan ekspertlərlə görüşürük. Bu görüş isə ikitərəfli formatda baş verdi. Burada hər hansı üçüncü tərəf nə təşkilatçı, nə təşəbbüskar kimi iştirak edib. Eyni zamanda, görüş məkanında hər hansı üçüncü tərəf iştirak etməyib”.

Fərhad Məmmədov qeyd edib ki, ikitərəfli format qorunub saxlanılacaq:

“Vaşinqton görüşündə imzalanan bəyanatdan sonra artıq elə bir güc formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Elə bir tarixi şərait formalaşıb ki, vətəndaş cəmiyyəti, ekspertlər və media səviyyəsində müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktualdır. Elə olan halda məhz bu dövrü qiymətləndirərək, belə bir addım atıldı. Ümid var ki, proses davamlı olacaq. Belə görüşlərin təşkili artıq normaya çevriləcək. İkitərəfli format qorunub saxlanacaq”.

Oxunub: 122
Paylaş:
Digər xəbərlər

Siyasət

23-10-2025, 09:21

Azərbaycandan Ermənistana kimlər gedib? – ADLAR

Siyasət

22-10-2025, 10:44

Azərbaycan təyyarəsi İrəvana getdi - Nə baş verir?

Gündəm

27-12-2021, 15:17

Tural Gəncəliyev - “Ermənilərlə görüşə hazıram”

Cəmiyyət

23-11-2021, 10:26

Ailə Sağlamlıq Mərkəzinin rəhbəri COVID-19-dan öldü

Siyasət

6-08-2021, 10:39

Azərbaycan və Ermənistan sülh müqaviləsinə hazırlaşır – Erməni politoloq

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə