• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir

Siyasət

28-05-2020, 21:22

Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir.

Prezident İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir

XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün biz Respublika Gününü qeyd edirik. Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram günündə məcburi köçkünlər üçün salınmış "Qobu 3" yaşayış kompleksinin açılışını qeyd edirik. Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. "Qobu Park-3" bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. "Qobu Park-3" kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.

"Qobu-1" və "Qobu-2" layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Beləliklə, boş bir ərazidə böyük infrastruktur layihələri icra edildi. Çünki bütün bu binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edildi - su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat məsələləri öz həllini tapdı. Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc bəxş edəcək.

Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir".

Oxunub: 707
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2020, 21:24

Türkiyə prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Cəmiyyət

16-03-2020, 20:30

Deputat qaçqın və məcburi köçkünlərin statusundan danışdı

Cəmiyyət

7-03-2020, 11:11

Məcburi köçkünlər pulsuz müayinədən keçirildi

Gündəm

1-02-2020, 15:29

Məcburi köçkünlər aksiya keçirməyə hazırlaşır

Siyasət

9-10-2019, 10:01

Şəhid ailəsi prezidenti və xanımını toya dəvət etdi — FOTO

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə