• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Siyasət

31-05-2020, 02:54

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru,"Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

XƏBƏRNUR Trend-ə istinadən bildirir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü - Respublika Günü münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi qəbul edin. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycan 102 il bundan əvvəl ən yüksək demokratik dəyərləri bəyan etməklə yanaşı, öz praktiki fəaliyyətində onları təmin etmiş ölkələrdən biridir.

Azərbaycan tarixində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan dünyəvi demokratik dövlətin ilk modeli idi. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin layiqli varisidir.

Həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı bu amansız dünyada Azərbaycan sabitlik, firavanlıq, tolerantlıq və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı adadır.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına Azərbaycanın və cənab Prezident, şəxsən Sizin dünyada presedentləri olmayan diqqətli və səmimi münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinizə görə İsrail cəmiyyətinin böyük hissəsinin haqlı hörmətini qazanmısınız.

Hörmətli cənab Prezident, Sizə və Sizin gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm".


X X X

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyinizlə gündən-günə inkişaf edir. İnanıram ki, ölkənizin gələcəyi daha gözəl olacaq.

Xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzu edirəm.

Yaşasın Azərbaycan Respublikası və Sizin şanlı xalqınız!".

X X X

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə İtaliya-Azərbaycan Ticarət Palatası adından Sizə və Birinci vitse-prezident Mehriban xanıma, ailənizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması müasir Azərbaycanın bu günədək davam edən ən ali dəyərlərini və prinsiplərini təşkil edən mühüm tolerantlıq və multikulturalizm nümunəsinin əsasını qoydu.

Biz rəsmi ikitərəfli biznes təşkilatı olaraq Azərbaycanın keçmiş və gələcək nailiyyətlərini təqdir etməkdən qürur duyuruq.

Eyni zamanda, biz Azərbaycan və İtaliya arasındakı dostluq münasibətlərində iştirakımızdan da məmnunuq. Keçən il fevralın 20-21-də Romaya uğurlu dövlət səfərinizin müsbət əks-sədaları hələ də yaddaşlardadır. Daha sonra gözlənilmədən meydana çıxan çətinliklər ölkələrimiz arasındakı əlaqələri daha da gücləndirmək üçün fürsət yaratdı. Azərbaycan xalqı tərəfindən İtaliyadakı vəziyyətlə bağlı narahatlıq və sevginin səmimi, geniş nümayişi bizim üçün çox önəmlidir və yüksək dəyərləndirilir.

Sizin müdrik rəhbərliyinizlə dövlətinizin beynəlxalq ticarətin təşkilinə və asanlaşdırılmasına dəstəyinə və töhfələrinə görə minnətdarıq. İnanıram ki, italyan və azərbaycanlı sahibkarlar arasındakı iqtisadi əlaqələr iki ölkənin mənafeyi naminə inkişaf etməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzinin baş direktoru Yevgeni Uqrinoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzi (BETİM) hökumətlərarası təşkilatının üzvləri olan 22 dövlətin Səlahiyyətli Nümayəndələri Komitəsi və BETİM-in müdiriyyəti adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Sizin gözəl ölkənizə bundan sonra da firavanlıq, öz ölkəsini beynəlxalq aləmdə parlaq və ləyaqətlə təmsil edən Azərbaycan alimlərinə yeni yüksək nailiyyətlər arzulayırıq".


X X X

Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fondun prezidenti Biserka Yevtimiyeviçdən və icraçı direktoru Esma Sirbubalodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Üzvləri dünyanın qırx ölkəsini təmsil edən ziyalıların məşhur nümayəndələri, alimlər və diplomatlar olan, təsisçi ölkələrdən birinin Azərbaycan Respublikası olduğu "Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fond" (IFSPD) adından milli bayramınız - Respublikası Günü münasibətilə səmimi təbriklərimizi qəbul edin.

102 il bundan əvvəl - 1918-ci il mayın 28-də Şərqdə və bütün müsəlman dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. XX əsrin sonunda Azərbaycanın bərpa etdiyi dövlət müstəqilliyi bütün vətəndaşların rifahı naminə ölkənizin demokratik və iqtisadi inkişafı üçün yeni imkanlar yaradıb.

IFSPD-nin rəhbərliyi və bütün üzvləri adından Sizə səmimi qəlbdən uğurlar, sülh, əmin-amanlıq və iqtisadi inkişaf arzu edirik.

Sizə ən yüksək ehtiramımızı qəbul edin".

X X X

Latviya Seyminin deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Romans Naudinsdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkənizin tərəqqisi və rifahı, maraqlarının müdafiəsi naminə ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji və müdriklik arzulayır, Azərbaycan xalqına birlik, cansağlığı və sülh diləyirəm".


X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Zati-aliləri, Sizə ən xoş arzularımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycanın hərtərəfli inkişafı və firavanlaşması naminə zəfərlər, başınız üzərində daim aydın səma olmasını diləyirəm".


XXX

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlaxdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Çox hörmətli cənab İlham Əliyev.

İcazə verin, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından Sizə dərin ehtiramımı bildirim, Sizi və Sizin simanızda Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim.

Respublika Günü Azərbaycan xalqının tarixində ən mühüm və parlaq günlərdən biridir. Bu, öz Vətəni ilə, zəngin tarixi və özünəməxsus mədəniyyəti ilə fəxr edən hər kəs üçün ümumi bayramdır.

Bu gün Azərbaycan Respublikası sabit inkişaf edən ölkədir. Azərbaycanda əhalinin həyat səviyyəsinin layiqli təminatı, səmərəli, rəqabətqabiliyyətli iqtisadiyyat, sosial, təhsil və mədəniyyət sahələrinin təkmilləşdirilməsinə yönəldilən proqramların icrasına aid məsələlər uğurla həll edilir. Ölkə sakinlərinin əməksevərliyi və həyat nikbinliyi, tarixi keçmişə və milli ənənələrə diqqətlə yanaşması Azərbaycan Respublikasının tərəqqisinin əsasını təşkil edir.

Bu əlamətdar gündə Sizə və Sizin simanızda bütün Azərbaycan əhalisinə tərəqqi, həmrəylik və sülh arzulayıram. Qoy hər evə bolluq və uğur gəlsin, dərd və bəla isə uzaq olsun! Qoy Azərbaycanın hər bir vətəndaşı bütöv nəsillərin parlaq gələcəyini təmin edərək, müstəqil, demokratik cəmiyyətin formalaşmasında öz iştirakını hiss etsin.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə ən böyük ehtiramımı bildirirəm".


X X X

Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Quledən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Artıq iyirmi ildən çoxdur bir-birimizi tanıyırıq və münasibətlərimizin səviyyəsini hər zaman yüksək qiymətləndirmişəm.

Yaşadığımız bu böhranlı dövrdə müəyyən etdim ki, Bakıda keçirilən humanitar forumlarda səslənən sözlər və çıxışlar kağız üzərində qalmır. Əməllə sözlərin üst-üstə düşdüyünü gördüm.

Sizin qayğınız və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sayəsində departamentimiz minlərlə maska, 210 test və qoruyucu geyimlərdən faydalanmışdır.

Buna görə şəxsən Sizə səmimi qəlbdən və rəğbət hissi ilə təşəkkür etmək istərdim. Tezliklə görüşəcəyimizə, daha səmərəli beynəlxalq əməkdaşlıq və ortaq humanizm maraqları naminə bütün bu mövzuları müzakirə edə biləcəyimizə ümid edirəm.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxunub: 546
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2020, 21:24

Türkiyə prezidenti Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etdi

Siyasət

27-05-2020, 01:55

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdədir

Siyasət

26-05-2020, 16:46

Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib

Siyasət

24-05-2020, 16:42

Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Siyasət

16-05-2020, 18:49

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə