• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan və Türkiyə parlamentlərarası işçi qrupları videokonfrans keçirib

Siyasət

11-06-2020, 01:09

Azərbaycan və Türkiyə parlamentlərarası işçi qrupları videokonfrans keçirib

İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçirdilər.

XƏBƏRNUR Trend-ə istinadən xəbər verir ki, videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov açıb.

Öncə Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın salamlarını Türkiyənin millət vəkillərinə çatdırlıb. Bildirilib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.

Sonra Ə.Əmiraslanov hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlər xeyli müsbət nəticə verib.

Pandemiya elan olunduğu gündən Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və çox geniş miqyaslı tədbirlər görülməyə başlandı. Bunun nəticəsində bu gün Azərbaycanda əhali sayına düşən həm yoluxma göstəricisi, həm də koronavirusdan ölüm sayı digər ölkələrlə müqayisədə dəfələrlə aşağıdır.

İşçi qrupun rəhbəri məlumat verdi ki, hazırda ölkəmizdə koronavirusla mübarizə sahəsində 7 mindən çox çarpayı fondu olan 21 xəstəxana fəaliyyət göstərir və həmin xəstəxanaların imkanları son dərəcə genişdir. Azərbaycanda COVID-19-a yoluxmuş bütün xəstələr dövlət hesabına stasionarda müalicə alırlar. Eyni zamanda pandemiya dövründə digər ölkələrdən gətirilən soydaşlarımız dövlət hesabına, geniş imkanları olan otellərdə karantinə alınır, həkim nəzarətində saxlanılır.

Dövlətimiz COVID-19 pandemiyası ilə mübarizədə bütün imkanlarını səfərbər edib. Qalır insanların karantin rejiminə riayət etməsi. Əminik ki, görülən tədbirlər müsbət nəticəsini verəcək, yollar açılacaq və biz bir-birimizlə əyani surətdə görüşə biləcəyik.

Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb. TBMM-in Sədri cənab Mustafa Şentopun Azərbaycan parlamentinin Sədri xanım Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirib. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyə və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb.

Şamil Ayrım Türkiyədə COVID-19-la aparılan mübarizə barədə məlumat verib. Parlamentlərarası əlaqələrimizn daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək deyib ki, yubiley günümdə Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunmağım sevincimi ikiqat artırılıb.

Sonra videokonfransda fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatları, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Sabir Rüstəmxanlı, Aqiyə Naxçıvanlı, Fazil Mustafa, Rəşad Mahmudov, Nizami Səfərov, Arzu Nağıyev, Ramil Həsən ölkələrimiz arasındakı dostluq-qardaşlıq münasibətlərindən, strateji tərəfdaşlıq əlaqələrindən bəhs ediblər.

Qanunvericilik sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıblar.

Videokonfransda Türkiyə Böyük Millət Məclisinin üzvləri Orhan Erdem, Yunus Kılıç, Tülay Kaynarca, Aylin Cesur, Yaşar Karadağ, Yılmaz Tunc, Uğur Bayraktutan çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin mənəvi, siyasi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafından bəhs ediblər.

Söhbət zamanı Azərbaycanın və Ulu öndər Heydər Əliyevin böyük dostu olan Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi hörmətlə yad olundu. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyi vurğulanıb.

COVID-19 pandemiyasının tezliklə bitməsi, əlaqələrin adi ahənginə qayıtması və bütün bəşəriyyətin bu bəladan xilas olması arzulanıb.

Videokonfransı yekunlaşdıran Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dövlət başçılarımız bizim qarşımızda böyük vəzifələr qoyub. Əlaqələrimiz çoxşaxəli olmalı və daha sıx inkişaf etməlidir.

Videokonfransda TBMM-in millət vəkilləri, Azərbaycanla dostluq qrupunun üzvləri İbrahim Aydemir, Yaşar Tüzün, Mehmet Erdoğan da iştirak edirdilər.

Oxunub: 769
Paylaş:
Digər xəbərlər

Siyasət

5-06-2020, 17:00

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Siyasət

25-05-2020, 14:05

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

Gündəm

10-03-2020, 14:07

Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri oldu

Siyasət

2-03-2020, 11:02

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Siyasət

30-10-2019, 11:42

Oqtay Əsədov: “Türkiyə Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəkləyir”

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:39
Bayramın qardaşı analarını öldürdü
31-07-2026, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Dün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Dün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Dün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Dün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Dün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Dün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Dün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Dün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Dün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Dün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Dün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Dün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Dün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Dün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Dün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • 31-07-2026, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • 31-07-2026, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • 31-07-2026, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • 31-07-2026, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • 31-07-2026, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • 31-07-2026, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • 31-07-2026, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • 31-07-2026, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • 31-07-2026, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • 31-07-2026, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • 31-07-2026, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • 31-07-2026, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • 31-07-2026, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
31-07-2026, 14:17
"Vital Hospital"ın fəaliyyəti dayandırıldı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 15:47
İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
31-07-2026, 15:51
Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
31-07-2026, 15:52
“Keçid ballarının artacağı gözlənilir”
31-07-2026, 16:14
Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə