• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq - Fərman

Siyasət

23-09-2020, 13:17

Doğum və ölüm haqqında qeydiyyat elektron qaydada aparılacaq - Fərman

Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:

- doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;

- doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;

- doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

- doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

Fərmanın 1.4-cü bəndinin icrası ilə əlaqədar bu Fərmanın 4-cü və 6-8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

2.1. şəxsin doğumunun qeydə alınması ilə bağlı:

2.1.1. soyadı, adı, atasının adı;

2.1.2. cinsi;

2.1.3. doğum tarixi;

2.1.4. doğulduğu yer;

2.1.5. valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

2.2. şəxsin ölümünün qeydə alınması ilə bağlı:

2.2.1. soyadı, adı, atasının adı;

2.2.2. cinsi;

2.2.3. doğum tarixi;

2.2.4. ölüm səbəbi;

2.2.5. öldüyü yer;

2.2.6. öldüyü tarix.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. "Doğum haqqında elektron şəhadətnamə"nin və "Ölüm haqqında elektron şəhadətnamə"nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etsin;

3.3. doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

5.1. doğumun və ölümün elektron qaydada qeydə alınması üçün "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini təmin etsin;

5.2. doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etsin;

5.3. bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

7.1. tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etsinlər;

7.2. aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

8. Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (bundan sonra - yerli nümayəndəliklər) tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

9. Bu Fərmanın 4-cü və 6-8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları):

9.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirsinlər;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

Oxunub: 1 182
Paylaş:
Digər xəbərlər

Sosial

7-06-2020, 00:59

Nuray Dəniz yazır...

Siyasət

20-05-2020, 18:44

MDB dövlətləri arasında elektron formada məlumat mübadiləsi barədə Protokol təsdiqləndi - QƏRAR

İqtisadiyyat

6-05-2020, 02:33

Baş Nazir kənd təsərrüfatı ilə bağlı qərara dəyişiklik etdi

Siyasət

17-03-2020, 11:39

Prezident dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı sənəd imzalad

Sosial

9-10-2019, 15:17

Pensiya alanlara YENİ XƏBƏR

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Son xəbərlər
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
  • Dün, 12:00
    Meşəyə insan gəlib... - Video
  • Dün, 11:57
    Mətbuat katibi Tibb Mərkəzindəki işindən ayrıldı
  • Dün, 11:54
    Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
  • Dün, 11:53
    Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
  • Dün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Dün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • 30-07-2026, 10:11
    Sabiq deputata vəzifə verildi
  • 30-07-2026, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • 30-07-2026, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • 30-07-2026, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • 30-07-2026, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • 30-07-2026, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • 30-07-2026, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • 30-07-2026, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • 30-07-2026, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə