• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İNNOVASIYALARA, TEXNOLOJI MÜBADILƏLƏRƏ VƏ IQTISADI ƏMƏKDAŞLIĞA ƏSASLANAN TƏRƏFDAŞLIQ.

Siyasət

24-07-2021, 10:45

İNNOVASIYALARA, TEXNOLOJI MÜBADILƏLƏRƏ VƏ IQTISADI ƏMƏKDAŞLIĞA ƏSASLANAN TƏRƏFDAŞLIQ.İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıq.

Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.
Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu xatırladaq ki, Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.
Bütün bunlar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Respublikamız, eyni zamanda, hazırda Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçıdır və yaxın gələcəkdə ölkəmizin “Aİ”-yə üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulur. Respublikamızda “Aİ” ilə birgə müxtəlif proqramlar və layihələr də əvvəllər olduğu kimi, bu gün də uğurla reallaşdırılır. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Xatırladaq ki, Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və “Aİ”-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oyna­ya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən “Şahdəniz-2” yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans – Anadolu və Trans – Adriatik boru xəttinin inşasını əhatə edir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin və “Aİ” Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də keçirilən geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransındakı bəyanatlarda bu nüfuzlu təşkilatla ölkəmiz arasında siyasi-iqtisadi münasibətlərin bundan sonra da sürətlə inkişaf edəcəyi əminliyi diqqətə çatdırılıb. Çıxışlarda tərəflərin “Aİ” ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəkləri bir daha xüsusi vurğulanıb. “Aİ” Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanda innovasiya, peyk və infrastruktur kimi sahələrdə gələcəyə yönələn layihələrlə, həmçinin Bakı limanında regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış olduğunu xatırladıb.
Məhz bu kontekstdən yanaşma edərək həm də nəticəyə gələ bilərik ki, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı digər Avropa təşkilatlarına nümunədir. Başqa tərəfdən, fakt budur ki, Azərbaycan artıq uzun müddətdir ki, nəinki regionun, eyni zamanda Avropa məkanının enerji təhlükəsizliyinin təminatında söz sahibi qismində çıxış edir. Bu xüsusda Şarl Mişelin Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə bağlı məmnuniyyət ifadə etməsini göstərə bilərik. Eləcə də qarşıda daha münbit və nəhəng layihələrin icrasının da Avropa İttifaqının gündəmində dayandığını qeyd edərsək, bu imkanların istər Cənubi Qafqaza, istərsə də Avropa məkanına yeni nəfəs verəcəyini proqnozlaşdıra bilərik.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında bildirmişdir ki: “Cənab Prezidentin Cənubi Qafqazın üç ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq”.
Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Prezident İlham Əliyev hər zaman Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu vurğulayıb, lakin Ermənistanın hələ də bu çağırışa cavab verməyib.
Azərbaycan qarşısında olan bütün öhdəliklərə zamanında, heç bir maneələr törətmədən əməl edir və bunu beynəlxalq siyasi dairələr də yaxşı bilir və anlayırlar. Lakin sirr deyil ki, müharibədən sonra Ermənistanın Azərbaycandan fərqli olaraq sülhə hazır olmadığını nümayiş etdirməsi qarşıda dayanan mühüm məsələlərin həllinə mənfi təsirlərini göstərir. Daha dəqiq desək, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri bu gün də gündəmin prioritet istiqaməti olaraq qalmaqdadır. Bu baxımdan, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olması mesajını göstərə bilərik. Belə ki, Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırsa da, əslində, həmin mesajın Ermənistana ötürüldüyünü də ayrıd etmək çətinlik yaratmır. Çünki Azərbaycan qarşısında olan bütün öhdəliklərə zamanında, heç bir maneələr törətmədən əməl edir və bunu beynəlxalq siyasi dairələrdə də yaxşı bilir və anlayırlar. O cümlədən, Avropa İttifaqı Şurası da sözügedən gerçəkliyi dərk edir.
Bütövlükdə isə, sözügedən proseslər, cərəyan edən olaylar həm də onu göstərir ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün beynəlxalq birlikdə yekdil rəy formalaşır. Bu isə həm də o deməkdir ki, Azərbaycanın mövqeyi ilə bu gün tam şəkildə hesablaşılır.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Oxunub: 590
Paylaş:
Digər xəbərlər

Siyasət

12-07-2021, 09:40

O səfirlərin Şuşaya getməməyi heç nəyi DƏYİŞMİR!

İqtisadiyyat

18-07-2020, 00:50

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

İqtisadiyyat

24-05-2020, 12:59

"Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir"

Siyasət

27-02-2020, 11:22

Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır

Dünya

20-02-2020, 13:10

Koreyanın Ticarət İnvestisiya Agentliyi Azərbaycanda iqtisadi siyasətin uğurlarından yazıb

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
12-06-2026, 09:52
26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
7-06-2026, 11:00
Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
7-06-2026, 10:55
Naxçıvanda bədbəxt hadisə: 7 yaşlı uşaq kanalda boğuldu
Son xəbərlər
  • Bugün, 14:29
    Strateji müttəfiqliyin hüquqi təməli
  • Bugün, 11:37
    Moskvanın ən böyük neft zavodu vuruldu
  • Bugün, 10:07
    Media subyektlərinə nəzarət bu quruma həvalə edilir
  • Bugün, 10:06
    Media və Yayım Şurası yaradılır
  • Bugün, 09:31
    Bakının 9 əsas yolunda tıxac var
  • Dün, 09:00
    Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
  • Dün, 08:56
    Azərbaycan Respublikasının müasir tarixində 15 İyun Milli Qurtuluş Günü xüsusi və əvəzsiz bir yer tutur.
  • 14-06-2026, 15:07
    Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
  • 14-06-2026, 10:29
    Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
  • 14-06-2026, 01:00
    Abşeron rayonunda yerləşən özəl reabilitasiya mərkəzində ölüm hadisəsi baş verib.
  • 13-06-2026, 23:08
    Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
  • 12-06-2026, 17:35
    TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edildi
  • 12-06-2026, 17:01
    Zəlzələ təkrarlanacaq? - Seysmoloji Mərkəzin rəhbəri DANIŞDI
  • 12-06-2026, 16:48
    Göyçə gölü ilə bağlı ŞAD XƏBƏR
  • 12-06-2026, 16:46
    Xankəndi, Xocalı və Xocavənddə aqroservis mərkəzləri yaradılacaq
  • 12-06-2026, 15:38
    15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilmişdir. 12.06.2026
  • 12-06-2026, 10:22
    Milli Qurtuluş Günü münasibətilə Zəngilan rayonu və Laçın şəhərində tədbir keçirilib
  • 12-06-2026, 10:03
    Anar Bayramova müavin təyin edildi
  • 12-06-2026, 09:52
    26 yaşlı gənc kafedə qətlə yetirildi: saxlanılanlar var
  • 12-06-2026, 09:37
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:25
    “Brent” neftinin qiyməti yenidən ucuzlaşdı
  • 12-06-2026, 09:10
    Oğurlanan iPhone-larda bu mümkün olmayacaq
  • 12-06-2026, 08:53
    Viza ala bilməyənlərə pulsuz televizor verdilər
  • 12-06-2026, 08:51
    Tıxaclar azalır - Sadəcə 6 istiqamətdə sıxlıq var
  • 11-06-2026, 17:01
    Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
  • 11-06-2026, 16:59
    Məhərrəm ayı başlayır
  • 11-06-2026, 16:35
    Böyük Britaniyanın müdafiə naziri istefa verdi
  • 11-06-2026, 16:33
    Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edildi
  • 11-06-2026, 16:31
    “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026
  • 10-06-2026, 20:49
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
  • 10-06-2026, 16:38
    Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb
  • 10-06-2026, 16:30
    Sosial şəbəkədə yaş qadağasına necə nəzarət ediləcəyi açıqlanıb
  • 10-06-2026, 15:03
    “Son zəng”də bunları etmək qadağan edilir
  • 10-06-2026, 14:16
    Bakıdan bu şəhərə birbaşa reys açılır
  • 10-06-2026, 09:01
    13 istiqamətdə tıxac VAR
Daha çox
13-06-2026, 23:08
Ailə Elgin Aslanovun ölüm səbəbinin tam araşdırılmasını tələb edir
14-06-2026, 15:07
Jurnalist fəaliyyəti adı altında reketlik iddiaları ictimai müzakirə doğurdu
10-06-2026, 20:49
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 10.06.2026
14-06-2026, 10:29
Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbdə “Son Zəng” tədbiri keçirildi
11-06-2026, 17:01
Məhsul subsidiyalarının siyahısı genişləndirilir - Nazir
10-06-2026, 07:02
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 09.06.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə