• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Yaşlı səfirlər geri çağırılır - Növbəti kim ola bilər...

Siyasət

13-08-2021, 15:05

Yaşlı səfirlər geri çağırılır - Növbəti kim ola bilər...Azərbaycan Respublikasının xarici ölkələrdəki təqaüd yaşına çatmış səfirləri bir-birinin ardınca geri çağırılır. Bu il yanvarın 8-də Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov vəzifəsindən geri çağırılaraq, təqaüdə göndərilib.

Bir neçə gün öncə - 23 iyul 2021-ci il tarixində isə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Prezidentin sərəncamı ilə bu ölkədən geri çağırılıb..

Qeyd edək ki, Həsən Həsənov 1992-ci ildən xarici siyasət və diplomatiya sahəsində fəaliyyət göstərirdi. O, 1992-1993-cü illərdə BMT-də (Nyu-York) Azərbaycan Respublikasının Daimi Nümayəndəsi, fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 1993–1998-ci illərdə Azərbaycanın Xarici işlər naziri vəzifəsində işləyib. Həmin illərdə BMT və YUNESKO, İKT-nın illik toplantılarında Azərbaycan Nümayəndə Heyətinə rəhbərlik edib.
2004-cü il sentyabr ayının 1-də Azərbaycan Respublikasının Macarıstandakı səfiri, 2010-cu il mart ayının 30-dan isə ölkəmizin Polşadakı səfiri təyin edilmişdi.
Həsən Həsənovun hazırda 81 yaşı var.

Vilayət Quliyev 1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycanın Polşadakı səfiri olan keçmiş nazir 2010-cu ildən ölkəmizin Macarıstandakı diplomatik korpusuna rəhbərlik edib. Vilayət Quliyevin hazırda 69 yaşı var.

Diplomatik mənbələrdən Modern.az saytına daxil olan məlumata, təqaüd yaşına çatmış daha bir neçə səfirin daimi istirahətə göndərilməsi mümkündür.

Bəs həmin səfirlər kimlər ola bilər?

Əməkdaşımız Azərbaycan Respublikasının xaricdəki diplomatik korpuslarına rəhbərlik edən təqaüdçü şəxslərin yaşını araşdırıb.


Hazırda ən yaşlı səfir Hidayət Orucovdur. 1944-cü il təvəllüdlü (77 yaş) Hidayət Orucov 1992-2006-cı illərdə Dövlət müşaviri işləyib. 2006-2012-ci illərdə ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutub.
Ona 27 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. Elə həmin gün Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Hazırda da Bişkekdə səfir olaraq çalışır.

Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev 69 yaşın içindədir. 1952-ci il təvəllüdlü Tamerlan Qarayev 1993-cü ildən diplomatik xidmətdədir. 1993-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi alan T.Qarayev elə həmin il Çinə göndərilib. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub.
2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı diplomatik korpusuna rəhbərlik edib. 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı səfiri işləyib.
13 dekabr 2018-ci il tarixində İndoneziya, Filippin, Sinqapur, Timor-Lestedəki səfir postundan geri çağırılaraq, Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Özbəkistam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin 75 yaşı var.
1946-cı il təvəllüdlü Hüseyn Quliyev hələ sovet dövründən diplomat kimi çalışır. Belə ki, o, 1978-1982-ci illərdə keçmiş SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir vəzifəsində işləyib.
2007-2009-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2012-də isə İdarə rəisi olub.
2012-ci ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 76 yaşı var.
1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində işləyib.
2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Həsən Zeynalov da yaşlı diplomatlar sırasına daxildir. 1951-ci il təvəllüdlü Həsən Zeynalovun 70 yaşı var.
O, 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi, 2004-2010-cu illərdə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifələrini tutub.
2010-2015-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi işləyib.
2015-ci ildən indiyə kimi Azərbaycan Respublikasının Türkmənistanda, fövqəladə və səlahiyyətli səfiri postunu tutur.


Azərbaycanı Ukraynada təmsil edən səfir Elmira Axundovanın isə 68 yaşı var.
Elmira Axundova III, IV və V çağırış (2005-2020-ci illərdə) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2020-ci ildə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


A.Qorxmaz

Oxunub: 615
Paylaş:
Digər xəbərlər

Gündəm

7-08-2021, 14:27

İrandakı səfirimiz geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT

Gündəm

23-07-2021, 15:40

Qalib İsrafilov səfir vəzifəsindən geri ÇAĞRILDI

Siyasət

14-11-2020, 23:53

Polad Bülbüloğlu səfir vəzifəsindən azad edilir?-İddia

Siyasət

23-06-2020, 14:51

Pakistanın Azərbaycana yeni səfiri təyin edilib

Cəmiyyət

4-04-2020, 19:29

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə