• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Paşinyan həlledici toqquşmanı yetişdirir?

Siyasət

19-08-2021, 09:11

Paşinyan həlledici toqquşmanı yetişdirir?Nikol Paşinyan hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edərkən, üç məsələyə toxundu:


- İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Və qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir;


- Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdırlar;


- Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazırdırlar.


Birinci fikir Ermənistanın “sülhpərvər” mövqeyini göstərməyə hesablanıb və bunu açıq şəkildə bildirir də. Xüsusilə İlham Əliyevin Kəlbəcər səfərində sərhəd məsələsi ilə bağlı qəti və sərt mövqeyi fonunda Nikolun “sülh göyərçini” olmaq istəyinin hədəfi məlumdur. Hərçənd, bu açıqlama iki kontekstdə diqqət çəkir.


Birincisi: Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır;


İkincisi: bu açıqlamanı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun Moskvada görüşə yenidən başlanmasından dərhal sonra verir.


Bu mənzərə sərhədin delimitasiyası ilə bağlı prosesin getdiyi və Ermənistanın daxili ictimaiyyətə yönələn sərt ritorikasına rəğmən, razılaşdığı, yaxud buna məcbur olduğu ehtimalını önə çıxarır: ordunu geri çəkir və rus hərbçilərini gətirə bilmədiyi bölgəyə öz sərhədçilərini yerləşdirirsə, delimitasiya prosesindən sonrakı dövrə hazırlıq getdiyini deyə bilərik. Üçtərəfli qrupun Ermənistan tərəfindən məhz sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan fəaliyyətinin bərpa edilməsi də bu ehtimalı gücləndirir, çünki sərhəd məsələsi həll edilmədən, kommunikasiyanın açılması mümkünsüzdür.


Və Nikol Türkiyəyə müsbət siqnallar ötürməklə, ölkəsini blokadadan çıxarmaq niyyətindədir.


Bu kontekstdə Əliyevin sərhəd probleminin yaşandığı Kəlbəcərə üçtərəfli işçi qrupunun Moskva görüşündən öncə səfər etməsi və sərhədlə bağlı qəti mövqe sərgiləməsi diqqət çəkir: Bakı bütün tərəflərə geri çəkilməyəcəyinin, lazım olacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağının mesajını verdi.


O da istisna deyil ki, Paşinyan hakimiyyəti delimitasiyası prosesindən öncə sərhəddə sonuncu və həlledici toqquşmaya getsin, bu, xüsusilə atacağı addımlara haqq qazandırmaq baxımından lazım ola bilər.


Lakin “Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etmək” mövqeyi burada ziddiyyət təşkil edir. Ermənistan sərhədin delimitasiyası prosesinə razıdırsa, o zaman, Qarabağla bağlı hansı yeni danışıqlardan söhbət gedə bilər. Çünki Nikol da anlayır ki, sərhəd məsələsinin yekunlaşması sərhəd müqaviləsinin imzalanmasına yol açır və bu, ikitərəfli qaydada dövlət sərhədinin tanınması və İrəvanın Qarabağdan de-yure imtina etməsi deməkdir. Bunu iki ehtimal üzərindən dəyərləndirmək mümkündür:


1. Paşinyan kommunikasiyanın bərpası üçün sərhədin delimitasiyası prosesinin getdiyi vaxt Minsk qrupunun “dirildilməsi”nə çalışır və ən azından Qərbin diqqətini Qarabağa yönəldir: Qarabağ məsələsi Ermənistan üçün həm də sərhəd danışıqlarında əlini gücləndirmək baxımından kart ola bilər;

2. Bu açıqlama ilə erməni ictimaiyyətinə, xüsusilə “hakimiyyət yeni gizli razılaşmaya gedir” iddiası üzərindən anti-təbliğat aparan qruplar qarşısında “Qarabağadan imtina etmədiyini” göstərir.

Proseslərin inkişafı 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır və sual yaranır: Paşinyan sərhəddə və Qarabağda həlledici toqquşmanı yetişdirir?

Asif Nərimanlı

Oxunub: 509
Paylaş:
Digər xəbərlər

Siyasət

6-08-2021, 10:39

Azərbaycan və Ermənistan sülh müqaviləsinə hazırlaşır – Erməni politoloq

Cəmiyyət

29-07-2021, 10:02

ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

Cəmiyyət

16-07-2021, 09:09

Qarabağ ətrafında siyasi döyüş: Blinkenin zəngi, rusların “sübutu”...

Siyasət

20-06-2020, 00:24

Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi

Dünya

10-10-2019, 09:53

Paşinyan Kardaşyanla selfi çəkdi – “Tez-tez gələcək”

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:39
Bayramın qardaşı analarını öldürdü
Dün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bugün, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • Bugün, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • Bugün, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • Bugün, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • Bugün, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • Bugün, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • Bugün, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • Bugün, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • Bugün, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • Bugün, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • Bugün, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • Bugün, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • Bugün, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • Bugün, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • Bugün, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • Dün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Dün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Dün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Dün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Dün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Dün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Dün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Dün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Dün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Dün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Dün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Dün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Dün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Dün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Dün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Dün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Dün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Dün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Dün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Dün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
28-07-2026, 11:29
Qarabağ qazisi: “Müdafiə Nazirliyi və DSMF-in laqeydliyi məni intihara cəhd həddinə çatdırdı”
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə