• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Hacıbala Abutalıbov Ramiz Mehdiyevdən üzr istədi - MƏHKƏMƏ

Siyasət

23-08-2021, 16:58

Hacıbala Abutalıbov Ramiz Mehdiyevdən üzr istədi - MƏHKƏMƏBakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.


xebernur.com "Report"a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.


Məhkəmədə prokuror ittiham aktını elan edib. Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.


Hakim diqqətə çatdırıb ki, təqsirləndirilən şəxsi 308.2-ci maddənin ittihamına əsasən, 3 ildən 7 ilədək, 314-2.3-cü maddənin ittihamına əsasən, 5 ildən 8 ilədək həbs cəzası gözləyir.


Daha sonra Rasim Quliyev ifadə verib. O, özünü təqsirli hesab etməyib:


"2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləmişəm. 2010-2018-ci illərdə isə həmin qurumun Aparat rəhbəri vəzifəsini icra etmişəm. Xidmətlərimə görə təltif olunmuşam. 2018-ci ildə öz ərizəm ilə tutduğum vəzifədən azad olunmuşam.


Barəmdə irəli sürülən ittihamlarda özümü birmənalı təqsirli bilmirəm. Cinayət işi üzrə toplanmış sübutları kifayət hesab etmirəm.

Cinayət işi üzrə barəmdə verilən ittihamları haqlı çıxardacaq səviyyədə dəlillər mövcud deyil.


Qeyd edim ki, 20 sentyabr 2017-ci ildə BŞİH rəhbərinin sərəncamı ilə başçının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası mənə həvalə edildi.


Nəticə etibarilə müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi mənə həvalə olundu.


2017-ci ilin sentyabr ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun vəfat etməsi ilə əlaqədar olaraq səlahiyyətlərinin icrası müvəqqəti olaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə aparat rəhbəri kimi mənə həvalə edilmişdi.


21 aprel 2018-ci ildə Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təsdiq edilməsindən sonra mən, Bakı şəhər icra hakimiyyəti Başçısının 20.09.2017-ci il tarixli sərəncamı əsasında müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmiş və Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişəm.

2018-ci ilin iyun-iyul ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinin icrasının Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılması barədə razılığın olub-olmaması barədə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov qarşısında məsələ qaldırmışdım, sonuncu tərəfindən imzalanmış məktubda həmin məsələnin, yəni mənim BŞİHB-nın müavinin vəzifələrini icra etməyimin Prezident Administrasiyasının rəhbərliyi ilə “şifahi” razılaşdırılması öz əksini tapıb.


Ramiz Mehdiyevə Hacıbala Abutalıbov tərəfindən ünvanlanmış 25.06.2018-ci il tarixli məktubda Bakı ŞİH başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Rasim Quliyevə həvalə olunarkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirməklə üzrxahlığını bildirib və müvafiq razılığın verilməsi xahiş olunub. Lakin bundan sonra administrasiya tərəfindən yenə də müvafiq yazılı razılıq verilməyib.


Lakin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktubda R.Mehdiyev bildirib ki, BŞİH başçısı Aparatının rəhbəri Rasim Quliyev tərəfindən Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində BŞİH başçısının sərəncamının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericililyin kobud pozuntusu kimi qiymətləndirilir və yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır.


Bu səlahiyyətlər məsələsi məndə təbii ki, şübhəli olaraq qaldığı üçün mən hörmətli H.Abutalıbova sorğu ilə müraciət etmişdim və gələn cavab məni qane etməmişdi.


Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasından məlumatsız olmuşam, faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt təxmin etməmişəm, sənəd mənə imzalamaq üçün təqdim edilibsə lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdim.


“FF-2011” MTK tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə həmin layihəyə baxılaraq müsbət rəy baş memar Akif Abdullayev tərəfindən imzalanmış torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu verilib. Həmçinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Tikinti işlərinə başlanılması üçün əsas olan Xüsusi nişan Bakı şəhər Tikinti Müfəttişliyinin rəisi Nadir Adıgözəlov tərəfindən verilib.


İstintaq dövründə MTK rəhbəri Tamella xanımı dindirməyiblər və mənimlə üzləşdirməyiblər".


Hakim Rasim Quliyevin ifadəsinin qalan hissəsini növbəti prosesdə dinləməyi məqsədəuyğun sayıb.


Növbəti proses avqustun 30-a təyin edilib.


Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.


Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.

Oxunub: 611
Paylaş:
Digər xəbərlər

Hadisə

20-08-2021, 15:37

Saxta COVİD pasportu verənləri hansı CƏZA gözləyir?

Cəmiyyət

18-08-2021, 09:59

Eldar Həsənovun məhkəmə işinə bu hakim BAXACAQ

Gündəm

16-08-2021, 15:34

Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlakı - SİYAHI

Hadisə

19-05-2020, 18:34

MTN generalının məhəkəməsi təxirə salındı

Hadisə

15-10-2019, 11:20

Azərbaycanda qorxunc cinayət – Anasını boğdu, sonra meyiti yandırdı

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Dün, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Dün, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • Dün, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • Dün, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • Dün, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • Dün, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • Dün, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • Dün, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • Dün, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • Dün, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • Dün, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • Dün, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • Dün, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • Dün, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
  • 1-08-2026, 11:25
    Baş nazirdən avtobuslarda gediş haqqı ilə bağlı VACİB QƏRAR
  • 1-08-2026, 11:24
    İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
  • 1-08-2026, 11:23
    MİQ-in nəticələri AÇIQLANDI
  • 1-08-2026, 11:21
    Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək
  • 1-08-2026, 11:20
    Bu ölkənin vətəndaşları Azərbaycana vizasız gələcəklər
  • 1-08-2026, 11:19
    Sevil Əliyeva: "2017-ci ildən Bakıda, ata evimdə yaşayıram"
  • 31-07-2026, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • 31-07-2026, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • 31-07-2026, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • 31-07-2026, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • 31-07-2026, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • 31-07-2026, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • 31-07-2026, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Daha çox
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
31-07-2026, 17:02
İkili diplomlu mühəndislik təhsilinə start verildi
31-07-2026, 17:19
Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
31-07-2026, 14:20
Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
31-07-2026, 17:32
Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə