• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüz bərpa edilməlidir"

Siyasət

16-02-2020, 13:21

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüz bərpa edilməlidir"

"Mənim Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar".

Xəbərnur xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Dövlət başçısı bildirib: "İndi isə baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul edilən olduğunu söyləmişəm. Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur.

Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur.

“Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq.

Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir.

İkinci hissəyə gəlincə, bu yaxınlarda biz jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etdik. Fikrimcə, bu, elə bir təcrübədir ki, biz onu qiymətləndirməliyik. Onun mənfi və müsbət tərəflərini qiymətləndirməliyik, çünki həm Ermənistan, həm Azərbaycandakı cəmiyyətin bir hissəsi bu formatı o qədər dəstəkləmədi. Lakin bu, hər iki liderin qərarı idi ki, buna bir cəhd edilsin.

Biz sülh yolu ilə məsələnin həlli üçün hər bir imkanı sınaqdan keçirmək istəyirik. Erməni xalqını inandırmaq istəyirik ki, onlar daim bu cür yaşaya bilməz. Onlar bizimlə çözüm tapmalıdırlar və gələcəkdə qonşu kimi sülh şəraitində yaşamalıdırlar". BAKU.WS

Xəbərnur

Oxunub: 911
Paylaş:
Digər xəbərlər

Siyasət

16-02-2020, 11:01

Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm

Siyasət

15-02-2020, 22:28

İlham Əliyev Paşinyana tarix dərsi keçdi

Siyasət

6-11-2019, 14:27

Müdafiə naziri: “Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır”

Siyasət

31-10-2019, 12:12

Deputat: “Erməni soyqırımı”nın tanıması ABŞ-ın obyektivliyini şübhə altında qoyur"

Siyasət

18-10-2019, 13:04

"Azərbaycan xalqı layiq olduğu bir həyat tərzini yaşayacaq" — Deputat

Şou Biznes
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 11:53
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
29-07-2026, 09:15
60 yaşlı kişi keçmiş kürəkənini GÜLLƏLƏDİ
26-07-2026, 12:55
Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu
Son xəbərlər
  • Bugün, 21:28
    "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
  • Bugün, 17:32
    Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
  • Bugün, 17:31
    Nazirə yeni müavin təyin edildi
  • Bugün, 17:21
    Sosial məzuniyyət kimlərə şamil edilir?
  • Bugün, 17:19
    Əhalinin siyahıyaalınması ilə bağlı qərar imzalandı
  • Bugün, 17:02
    İkili diplomlu mühəndislik təhsilinə start verildi
  • Bugün, 17:01
    Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
  • Bugün, 16:55
    150 balla tələbə adı qazanmaq mümkün olaacq - Məleykə Abbaszadə
  • Bugün, 16:52
    Şənbə və bazar günləri hava PROQNOZU
  • Bugün, 16:14
    Soydaşımız Almaniyada yüksək vəzifəyə seçilib
  • Bugün, 15:52
    “Keçid ballarının artacağı gözlənilir”
  • Bugün, 15:51
    Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisi sürətləndirildi
  • Bugün, 15:47
    İlham Əliyev və birinci xanım İssık-Kul gölünün sahilindəki açılışda
  • Bugün, 14:20
    Universitet mətbuat katibi vəzifəsinə işçi axtarır
  • Bugün, 14:17
    "Vital Hospital"ın fəaliyyəti dayandırıldı
  • Bugün, 12:21
    "Memar Əcəmi"dən Xırdalana gedən avtobuslar təzələndi - Gedişhaqqı artırıldı
  • Bugün, 12:19
    Nigara görə həkimlərə bu cəza verildi
  • Bugün, 12:13
    Türkiyə hələ F-35 qırıcıları ala bilməz - ABŞ
  • Bugün, 12:08
    135 nömrəli marşrutun avtobusları dəyişdirilir
  • Bugün, 12:06
    Çolpon-Ata şəhərində Prezidentlərin qeyri-rəsmi görüşü keçirilir
  • Bugün, 12:00
    Meşəyə insan gəlib... - Video
  • Bugün, 11:57
    Mətbuat katibi Tibb Mərkəzindəki işindən ayrıldı
  • Bugün, 11:54
    Prezidentlə birinci xanımın şərəfinə ziyafət verildi
  • Bugün, 11:53
    Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən və yaralanan var
  • Bugün, 09:05
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın iclası keçirilib
  • Bugün, 09:03
    İlham Əliyev Qırğızıstanda rəsmi qarşılandı
  • Dün, 10:11
    Sabiq deputata vəzifə verildi
  • Dün, 09:55
    Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!
  • Dün, 09:32
    2025-ci ildə təxminən 500 milyon manatlıq 1360 satınalma ləğv edilib - Vüqar Gülməmmədov
  • Dün, 09:31
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Dün, 09:25
    Brent yenidən dəyər itirdi: 89 dollara düşdü
  • Dün, 09:24
    Günəşi palçıqla örtmək olmaz Kürdlər tarixdə: kürdofoblara cavab
  • Dün, 09:20
    Rəsmi məzənnələr açıqlandı: avro bahalaşdı, dollar isə...
  • Dün, 09:18
    "Qarabağ" bu gün həlledici oyununa çıxır
  • Dün, 09:15
    Ermənistan və Rusiya bir-birindən nə istəyir və Qazaxıstanın bununla nə əlaqəsi var?
Daha çox
25-07-2026, 21:17
Rusiyanın bu hava limanı BAĞLANDI
25-07-2026, 21:15
Ağdamdakı yanğın genişlənir - Əlavə qüvvələr cəlb edildi
25-07-2026, 21:13
İxtisas seçimi edənlərin nəzərinə: universitetin adına aldanmayın!
25-07-2026, 21:10
Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - yaralılar var
28-07-2026, 11:55
Laçında Səyyar ASAN xidmət təşkil olunub
27-07-2026, 17:28
Magistraturada ən yüksək nəticəni bu universitetin məzunları GÖSTƏRDİ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə