• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mikayıl Cabbarovun "İslahatçı Qanadları", yoxsa təməlinə haram qatılmış " SOCAR Petroleum"?

Siyasət

29-03-2023, 16:46

Mikayıl Cabbarovun "İslahatçı Qanadları", yoxsa təməlinə haram qatılmış " SOCAR Petroleum"?


Azərbaycan bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Məsələn, burada iqtidar partiyasının əsas funksionerlərindən biri olaraq illərlə parlamentdə oturan şəxs “məni siyasətə qoşmayın” deyərək, jurnalistlərə müraciət edir. Yaxud ölkədə müharibə vəziyyəti olduğu bir zamanda Xarici İşlər naziri evdən işləyir Əlqərəz məmurlarımız haqqında yazmaqla qurtarmaz. Sözlə deyiləsi deyil, sazla deyiləsidir bu söhbət.
Amma, ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıda bilir. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edir. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, “Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir, qabağı da. Çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.
Bəli, düz tapdınız, bu fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur. Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, hətta yazıçılar İttifaqında narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da af-uf edənlərin sayı çoxalıb, teatr xadimləri “olum, yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir? Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, “Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud “ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır, artıq dünya birliyi də bu haqsızlığa susmamalıdır !
O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. Hətda bu barədə oxucularımıza yazı da təqdim etmişdik İnanırıq ki heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki belə getsə Mikayıl müəllim özü də bilməyəcək hansı işlə məşğul olacağını. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır. Xülasə, gələk əsas məsələyə. Son vaxtlar çox hörmətli Mikayıl müəllimin vəkalətliyi ilə dövlət strukturlarına qohum- əqrabadan ibarət yerləşdirdiyi məmurlar artıq kütləvi narazılıqlar yaradıb. O cümlədən məhşur jurnalist E. Fətullayevin fb səhfəsində paylaşdığı statusdan da bunu görmək olar
Statusu olduğu kimi dərc edirik.

"Mikayıl Cabbarov və qohumbazlıq (nepotizm)

Uzun illər ərzində Azərbaycan məmurlarını qohumbazlıq sindromuna görə tənqid edib ittiham edirdik. Hətta Nazirlər Kabinetini qeyri-rəsmi Qudalar Kabineti adlandırıb, nepotizmə - yəni, yaxın qohumların və dostların peşəkar keyfiyyətlərinə görə yox, şəxsi münasibətlərə görə irəliyə çəkilməsinə, eyham vururduq. Lakin cəmiyyətimizin həyatında islahat şüarı ilə Mikayıl Cabbarov peyda olundu. Əski sistemi viran etsə də, fəqət yeni siyasətin bəhrələrinin intizarındayıq. Amma intizar çox çəkdi... Səbrli millətik, gözləyərik!

Lakin diqqətimi çəkən odur ki, dövlət vəzifələrində, biznes institutlarında, iyerarxiyada Mikayıl müəllimin xeyli sayda qohumlarının peyda olunmasıdır. Hara ayağını basmırsan Mikayıl müəllim və ya onun qohumları üzə çıxır. Sual doğur – bəs bu istedadlı şəxslər niyə əvvəllər öz qabiliyyətlərini ifadə etmirdi? Nə baş verdi birdən-birə? Bu möcüzənin səbəbi və ya səbəbkarı kimdir və ya nədir? Səbəb – nepotizm, səbəbkar isə Cabbarovlar klanının xaç atası Mikayıl müəllimdir. Özü də ki, bu hörmətli şəxslərin hamısı birdən-birə var-dövlətə sahib çıxıb, zəngin həyat sürdülər. Vicdanla danışsaq, heç Ramiz Mehdiyevin hakimiyyətdə bu qədər qohum-əqrəbası olmayıb... Bəs maraqların konflikti? Bəs nepotizm? Bəs islahat? Bəs abır-həya?

Mütləqi-hakim Cabbarovun xalası oğlu Elnur Əliyev elə iqtisadiyyat nazirinin müavini vəzifəsində, bacanağı Zakir İbrahimov Azərgoldun başında, dayısı oğlu Balaş Qasımov İTV-nin rəhbəri kürsüsündə, obirisi qohumu Camal Qasımov Vergilər Nazirliyində Vergi Auditi Departamentinin baş direktoru postunda… Siyahını uzatmaq da olar. Məsələn, bu günlərdə Cabbarovun yaxın qohumu Abdulla Tağıyev “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsinə əyləşdirildi… Yaman proqressiv islahatçıdır bizim bu Mikayıl müəllim…"
Mikayıl müəllimin yaxın qohumu olan SOCAR Petroleum"un direktoru Abdulla Tağıyevdən haqlı narazılıqlar isə artıq pik nöqtədədir. Deyilənlərə əsaslansaq işə gücə həvəsi olmayan Abdulla müəllimi öz işçiləri təsadüfən yolda irzdə görsə tanımaz. O da bununla izah edilir ki, iş yerinin ünvanını unudan bu adam işə gəlmir. Zatən işə gəlməsinə belə ehtiyac qalmayıb.

Məşhur filmdə olduğu kimi, Kərbəlayi külli ixtiyarı Qəmloya vediyi kimi Abdulla müəllim də səlahiyyətlərini bacanağı İracəddin İsmayılov həzrətlərinə verib ki, bu adamın da Allahı yox, insafı yox, piri yox. Şəhid ailəsi, Vətən qazisi bilmir, ağına-bozuna baxmadan , yoxlamadan işçiləri işdən çıxardır. Özünü idarə etdiyi sahənin balaca padşahı hesab edən bu şəxs üçün qanunun aliliyi prinsipi pozula bilər. Lakin biriləri bu cənablara izah etsin ki, oturduqları rahat kresloların, yaşadıqları villaların xəmiri mayası şəhidlərimizin qanı ilə yoğrulmuşdur. Məgər Vətən müharibəsi iştirakçılarına qoyulan hörmət belə olmalıdırmı? Əgər nəzərə alsaq ki, İracəddin İsmayılovun ən böyük vəzifəsi bir bank filialının valyuta dəyişmə məntəqəsində sıravi bir işçi olub, olacaqları təsəvvür belə etmək çox çətindir.

“İslahatçı qanadın” nümayəndələri kimi vergidən qovulanları , barlardan, gözəllik salonlarından iş üçün "SOCAR Petroleum"a gətirilən kadrlar bu sahəyə yabançı olduqları üçün apardıqları ekspermentlərin acı nəticələrini təcrübəli mütəxəssislər yaşamaq məcburiyyətində qalırlar. Elə bu səbəbdəm Novruz bayramından az öncə Gəncə neft terminalında baş verən kütləvi narazılıqlar bunu deməyə əsas verir.
Hesab edirik ki, aidiyyatı qurumların bu sahədə ciddi yoxlamalar aparmasına zərurət yaranmışdır. Belə ki, araşdırılası məsələlər var ki, bazalarda yanacağın satışı zamanı artıq xüsusi qəbzlərin yazılması, məhsulu artırıb sonra saxta sənədlərlə mədaxil edilməsi, sonradan Bakı terminalında baha qiymətə satılması faktları hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülməli, hüquqi qiymət verilməlidir.
Mövzunu diqqətdə saxlayacağıq.

Nicat Mahmudov

Oxunub: 328
Paylaş:
Digər xəbərlər

Gündəm

26-08-2022, 16:06

Tarif Şurasının bu səlahiyyəti ləğv edildi

Siyasət

8-08-2022, 23:02

“Azərlotoreya” YENİ OLİQARXI YETİŞDİRİR… – Onun da adı Cahangirdir…

Siyasət

8-08-2022, 23:02

“Azərlotoreya” YENİ OLİQARXI YETİŞDİRİR… – Onun da adı Cahangirdir…

Cəmiyyət

5-07-2022, 15:31

Benzin satışına limit tətbiq edilib? - “Azpetrol” və “SOCAR Petroleum”dan AÇIQLAMA

Cəmiyyət

17-08-2021, 09:29

SOCAR-da islahatlar: Nələr DƏYİŞƏCƏK?

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
Bugün, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
Son xəbərlər
  • Bugün, 17:37
    Dövlətə məxsus faydalı qazıntı yatağı satışa çıxarılır
  • Bugün, 17:01
    Səfərbərlik Xidmətinin rüşvət alan əməkdaşları HƏBS EDİLDİ
  • Bugün, 16:51
    Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
  • Bugün, 15:42
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Mehriban Xanım Əliyevaya çağrış etdi
  • Bugün, 15:33
    Bir vaxtlar oğlanların ilk seçimi olan Polis Akademiyası hələ də populyardır?
  • Bugün, 15:25
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Baş prakror Kamran Əliyevə çağrış etdi
  • Bugün, 15:01
    Direktorlar hər 5 ildən bir yenidən seçilməlidir - AÇIQLAMA
  • Bugün, 14:50
    Laçın rayon sakini Cabbarova Nuranə Turab qızı Orxan həkimin qanunsuz əməllərindən Cənab Prezidentə çağrış etdi
  • Bugün, 14:02
    Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi
  • Bugün, 14:00
    Yeni Təşkilat Komitəsi yaradıldı - Samir Şəriifov sədr təyin edildi
  • Bugün, 12:09
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • Bugün, 12:02
    Bu universitet tələbələrə xüsusi təqaüd ayırdı - ayda 200 AZN
  • Bugün, 10:54
    Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
  • Bugün, 10:52
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi AXTARILIR
  • Bugün, 10:49
    Kollecə qəbul olunmaq istəyənlər TƏLƏSİN - son 2 gün
  • Bugün, 10:48
    Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
  • Bugün, 09:47
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • Bugün, 09:37
    Azərbaycan nefti bahalaşdı
  • Bugün, 09:34
    Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ
  • Bugün, 09:01
    Ölkənin bu ərazilərində işıq olmayacaq
  • Bugün, 09:00
    Konfrans Liqasının 3-cü mərhələ - NƏTİCƏLƏR
  • Bugün, 08:58
    Məscidlər niyə gecələr də fəaliyyət göstərmir?
  • Bugün, 08:57
    İran ordusu Hörmüzdə əməliyyat keçirib
  • Bugün, 08:55
    Pensiya sistemində dəyişiklik edilməlidir - Vahid Əhmədov
  • Bugün, 08:53
    Özəl universitetlərə maraq azalacaq - AÇIQLAMA
  • Bugün, 08:51
    Dövlət müəssisələrinin yarıdan çoxu zərərlə işləyir - Natiq Cəfərli
  • Dün, 16:53
    Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı
  • Dün, 16:51
    Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
  • Dün, 16:31
    Prezidentdən AZAL-la bağlı - Fərman
  • Dün, 10:20
    Türk diplomat Azərbaycan-Ermənistan danışıqlarının bəzi detallarını açdı
  • Dün, 09:38
    "Brent" neftin qiyməti 79 dollara düşdü
  • Dün, 09:31
    Rəsmi valyuta məzənnələri yeniləndi: Avro bahalaşdı, rubl ucuzlaşdış...
  • Dün, 09:29
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Dün, 09:26
    ABŞ-də silahlı hücum - Çox sayda ölən var
  • Dün, 09:18
    İran ABŞ-ni hədələdi, Körfəz ölkələrinə xəbərdarlıq etdi
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 21:28
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
1-08-2026, 11:35
Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə