• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“8 Noyabr - Zəfər Günü” kimi şanlı Tariximizin ən parlaq səhifələrindən biridir

Siyasət

9-11-2023, 15:38

“8 Noyabr - Zəfər Günü” kimi şanlı Tariximizin ən parlaq səhifələrindən biridir

“8 Noyabr - Zəfər Günü” kimi şanlı Tariximizin ən parlaq səhifələrindən biridir. Dünən Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu. Məhz Vətən Müharibəsində qazanılmış tarixi Zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir.

3 il bundan əvvəl, 2020-ci ilin 27 sentyabr tarixində başlanmış və 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm Qələbəmizin əldə olunması ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərdə inamla irəliləyən qəhrəmanlarımız əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından birdəfəlik azad etdi. Şuşanın işğaldan azad olunması xəbərini Müzəffər Ali Baş Komandana məruzə olundu. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlət başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də çoğrafi cəhətdən alınmaz qala sayılan Şuşanı düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.

Bir çox hallarda yaxın döyüşlərdə, yüngül silahlarla döyüşən igidlərimiz Şuşada qazanılmış Qələbə ilə növbəti dəfə düşmənə ən ağır zərbəni vurdu. Ermənistan rəhbərliyi Şuşanın azad olunmasının mümkünsüzlüyünə inanmışdılar, ordumuz isə yalnız erməni hərbi qulluqçulara qalib gəlmədi, həm də Ermənistan və onun himayədarlarına dövlətimizin gücünü göstərdi.

Münaqişənin tarixinə nəzər salanda görürük ki, Ermənistan rəhbərliyi güclü ordularının olmasını düşünür, bu barədə miflər yaradırdılar, elə bu səbəbdən də heç bir vəchlə münaqişənin dinc yolla həll olunmasını istəmirdilər. Dövlət başçısı hələ müharibənin gedişində bildirmişdir ki, Ermənistan rəhbərliyi torpaqları dinc yolla boşaldılması üçün konkret tarix verməlidir, yalnız bundan sonra hərbi əməliyyatların dayandırıla biləcəyini qeyd etmişdir. Məhz Ermənistan tərəfi Azərbaycanın qətiyyətli mövqeyini və qəhrəmanlarımızın döyüş meydanındakı şücaətini gördükdən, habelə Şuşa şəhərinin işğaldan azad olunmasından sonra təslim olmağa məcbur oldular. Qəhrəmanlarımızın göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış Qələbə Ermənistanın məğlubiyyətini qaçınılmaz etdi, erməni ordusunun 12 mindən artıq hərbi qulluqçusu döyüş meydanında qoyub qaçması, düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi.

Nəticə etibarı ilə, Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək, kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə düşməndən azad olundu. Dövlət başçısı Xankəndi şəhərində paradda çıxış edərkən bildirdi ki, onsuzda bu rayon və şəhərlərimizi işğaldan azad edəcəkdik, sadəcə Azərbaycan Ordusundan şəhid olmasını istəmədim.

Məhz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan sülh heç zaman istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi.

Necə ki, 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli Bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.

Dünən Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi, Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən bir dəfəlik əl çəkməlidir. Sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlət başçısının təbilincə desək “Dəmir Yumruq yerindədir!”
Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının Zabux kənd üzrə nümayəndəsi:Elsevər Əliyev

Oxunub: 297
Paylaş:
Digər xəbərlər

Gündəm

8-11-2023, 07:16

Ölkəmizdə Zəfər Günü qeyd olunur

Gündəm

30-10-2023, 09:38

Zəfər paradı Xankəndidə olacaq: hazırlıq gedir!

Gündəm

10-12-2022, 08:38

“Şanlı Zəfər tariximiz.”

Gündəm

8-11-2022, 09:20

Zəfər Günü türk xalqlarının qürur mənbəyidir - BƏYANAT

Gündəm

3-11-2022, 15:27

Laçın rayon 28 nömrəli tam orta məktəbində 8 noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
Hadisə
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
3-08-2026, 10:34
59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
Son xəbərlər
  • Dün, 23:39
    Şəhid ailəsi Qaçqınkom sədri Rövşən Rzayevdən şikayətçidir: “Bizi təhqir edərək otağından qovdu”
  • Dün, 15:54
    "Qaçqınkom"dan Xocalı sakinlərinin iddialarına CAVAB
  • Dün, 15:21
    Gömrük orqanlarının vəzifəli şəxslərinə kompensasiya ödəniləcək
  • Dün, 13:45
    Kartdan-karta köçürmələrdə yeni qaydaların məqsədi AÇIQLANDI
  • Dün, 13:44
    Türkiyə-Azərbaycan Universitetinin rektoru kollektivə təqdim olundu
  • Dün, 12:18
    Avqustun 13-də meteor yağışı olacaq
  • Dün, 12:16
    Naxçıvanda zəlzələ oldu
  • Dün, 12:01
    Azərbaycanlı şəhidlərin şəkilləri Kərbəla şəhərində asılıb
  • Dün, 11:59
    Ceyhun Bayramovla ATƏT sədrinin təkbətək görüşü
  • Dün, 11:57
    Universitetlərə ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 09:50
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dün, 09:42
    “Azeri Light” ucuzlaşdı
  • Dün, 09:29
    ATƏT-in sədri Azərbaycana gəldi
  • 3-08-2026, 17:24
    Bağlanan universitetin tələbələri özəl ali məktəblərə KÖÇÜRÜLÜR
  • 3-08-2026, 17:09
    Azərbaycanda bu məlumatlar vergi orqanına ötürüləcək
  • 3-08-2026, 13:59
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir
  • 3-08-2026, 11:21
    Ağdərədə mina partladı - İki nəfər yaralandı
  • 3-08-2026, 10:54
    150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR
  • 3-08-2026, 10:35
    Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
  • 3-08-2026, 10:34
    59 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib
  • 3-08-2026, 10:15
    Mərkəzi Bankın bu günə olan məzənnələri
  • 3-08-2026, 10:07
    Kolleclərə ixtisas seçimi başladı
  • 3-08-2026, 09:44
    Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanı sabah keçiriləcək
  • 3-08-2026, 09:15
    ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
  • 3-08-2026, 09:11
    Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
  • 3-08-2026, 09:10
    Məhəmməd Salah Türkiyədə oynaya bilər
  • 1-08-2026, 11:42
    Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
  • 1-08-2026, 11:40
    Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
  • 1-08-2026, 11:39
    Bayramın qardaşı analarını öldürdü
  • 1-08-2026, 11:37
    Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
  • 1-08-2026, 11:35
    Prezidentdən Azərbaycan Dili Günü ilə bağlı - Paylaşım
  • 1-08-2026, 11:32
    Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
  • 1-08-2026, 11:31
    Külli miqdarda narkotik aşkarlandı
  • 1-08-2026, 11:29
    Tiktoker Müjgan həbs edildi
  • 1-08-2026, 11:27
    Yaponiya yenidən SİLKƏLƏNDİ
Daha çox
1-08-2026, 11:42
Bakı ilə Bişkek arasında imzalanan sənəd mühüm siyasi hadisədir
1-08-2026, 11:39
Bayramın qardaşı analarını öldürdü
1-08-2026, 11:37
Şirvan suvarma kanalı yarıldı - Təcili tədbir görülür
31-07-2026, 17:21
Sosial məzuniyyət kimlərə şamil edilir?
1-08-2026, 11:40
Ankaradan Tehrana xəbərdarlıq: Onları hədəf seçməyin, yoxsa...
31-07-2026, 17:01
Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə