YAP Yasamal rayon təşkilatının yaradılmasının 31 illiyi qeyd edilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 31 illik yubileyi münasibətilə 19.02.2024-cü il tarixdə təntənəli tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Şahlar Əsgərov, Misir Mərdanov, Ali təhsil müəssisələrinin rektorları, rayon ərazisində yerləşən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sərəncamına əsasən məktəbin direktoru Respublikanın Əməkdar müəllimi Yaqut Hüseyn qızı Sadıqova rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyə görə və anadan olmasının 60 illiyi münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur.